Creative Solution Go” – “Kreativ həllərə doğru” Olimpiadası

07-08 oktyabr 2020-ci il tarixlərində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-n “Robopark” layihəsi çərçivəsində nazirlik və AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası-ın təşkilatçılığı ilə Azərbaycanda ilk “Creative Solution Go” – “Kreativ həllərə doğru” Olimpiadasının təşkil edilməsi nəzərdə tutulur.
Azərbaycanda ilk oyun-animasiya dizayn olimpiadasıdır
Olimpiada “Pandemiya dövründə necə yaşamalı” başlığı altında keçiriləcəkdir
7-12 yaşlı iştirakçılar olimpiadaya qatıla bilərlər
Olimpiadanın məqsədi:
Gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək olmaq
Onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsini təmin etmək
Gənclərdə kodlaşdırmaya və visuallaşdırmaya olan marağı artırmaq
Oyun və Animasiyaların hazırlanmasındaki inkişafa təkan verməkdir
Olimpiada 2 kateqoriyadan ibarətdir:
Olimpiada mövzusunda oyun dizayn və təqdimatı
Olimpiada mövzusunda animasiya dizayn və təqdimatı

Bir cavab yazın

Back to top button