28 Fevral 12:46

Creative Spark Big Idea Müsabiqəsi

Tələbələrin nəzərinə!
– Startup ideyalarınızın reallaşması üçün maliyyələşmə imkanı, mentorluq dəstəyi və Londona səfər şansı
Creative Spark Big Idea Müsabiqəsi

Creative Spark proqramının bir hissəsi olaraq, British Council, iştirakçılar üçün sahibkarlıq mövzusunda bacarıqları artırmaq üçün “Creative Spark Big Idea Müsabiqəsi” video müsabiqəsini keçirir. UNEC-də təhsil alan tələbələr fikirlərindən asılı olaraq hansı kateqoriyaya daxil olmaq istədiklərini qərar verməlidirlər (hər fikir yalnız bir kateqoriyaya daxil ola bilər). Müsabiqədə üç kateqoriya var:
1. Rəqəmsal Texnologiya (Digital Technology)- yeni proqram və ya aparat işlənib hazırlanması və tətbiqi ilə bağlı fikirlər;
2. Sosial Təsir (Social İmpact)- sosial daxilolma və gender bərabərliyini həll edən və ya təmsil olunmayan icmaların və hüdudların kənarındakı hədəfləri düşündürən fikirlər;
3. Yaradıcı (Creative)- yeni bir məhsul, sərgi və ya mədəni mühitin daha canlı olması ilə bağlı fikirlər. Yaradıcı insanların yeni auditoriyaya çatmasına kömək edən fikirlər də bu kateqoriyada nəzərdən keçiriləcəkdir.

Təqdim olunan videolar 60 saniyə və ingilis dilində olmalıdır. Videolar həm fərdi həm də qrup şəkilində təqdim oluna bilər. Fikriniz həm böyük biznes müəssisəsi, həyacanlandıran yaradıcı proqramı, həm də sadəcə dünyaya fayda təmin edən layihəsi olması qarşılanır.
İdeyalarınıza dəstək məqsədi ilə UNEC-də 12 mart tarixində Birləşmiş krallıqdan olan müəllim (University of Greenwich) səfər edərək, tələbələrin təqdim edəcəkləri ideyaları dəyərləndirəcəkdir.
UNEC-dən təqdim olunan videolar arasından 10 şəxs/komanda seçilərək növbəti mərhələyə keçəcəklər.
Müraciət edən şəxslərdən xahiş olunur ki, fərdi/komanda üzvlərinin adlarını (maksimum 3 nəfər), ideyalarının adını və 60 saniyəlik videolarını email ünvanları ilə birlikdə [email protected] email ünvanına göndərsinlər.
Müraciət üçün sonuncu tarix 30 mart 2020 tarixidir.
Ətraflı məlumat üçün link- https://creativespark-bigidea.uk/

Bəyən və paylaş