21 Sentyabr 17:10

CSS3 haralarda istifadə edilir?

CSS 3 Nədir? Ne İşə Yarayır?

Veb dizayn təlimlərinin ikinci mərhələsinə başlamaq üçün CSS –in  nə  olduğunu, nə işə yaradığını, hansı sahələrdə  istifadə olunduğunu bilməyimiz lazımdır. CCS3-ü  aydınlaşdırmadan əvvəl CSS-in nə olduğunu açıqlamaq daha məqsədə uyğun olacaqdır.

    CSS  Nədir?

     CSS,  “Cascading Syle Sheets” sözlərinin qısaldılmışıdır. Azərbaycan dilində “Pilləli stil səhifələri”  mənasına gəlir. CSS  CERN-də işləyən Tim Berners-Lee-nin qurduğu W3C-ün HTML ilə əmələ gətirdiyi sadə, adicə yazılardan ibarət olan veb saytlarının rəngli və daha gözəl görünməsi üçün istehsal olunmuş sadə bir veb dizayn dilidir.

CSS-in veb dünyasına təqdim olunmasının bir səbəbidə CSS çıxarılmadan əvvəl hər bir HTML  üçün ayrı-ayrı stil təsviri edilməsi lazım idi. Bu əməliyyat çox vaxt aldığından və çətin olduğundan CSS ilə  sonlandırıldı. CSS sayəsində veb dizayn asanlaşdı. Misal üçün, tək bir CSS sətiri ilə, min sətirlik bir HTML faylını dəyişdirə bilmək mümkündür.

CSS3,  V3C –in ən son çıxardığı CSS versiyasıdır. CSS3 ilə  bir çox yeni funksiyalarda    gəlmişdir. Misal üçün,  veb saytımızda  animasiyadan  istifadə  etmək  üçün Adobe Flash  ilə hazırlanan  animasiyanı  əlavə  etmək  yerinə, bu proqramdan heç istifadə etmədən, düz CSS3 üzərindən  animasiya  hazırlamaq  mümkündür. Əlavə olaraq, CSS3 ilə kölgələndirmə, yəni shadow funksiyasıda mövcuddur.

     CSS3 haralarda istifadə edilir?

CSS3 təsviri lazım gələn hər veb saytında istifadə olunmaqdadır. Günümüzdə  CSS istifadə olunmayan yer demək olar ki, yox dərəcəsindədir. CSS-in istifadəsi ilə daha ətraflı,  xoş görünüşlü saytlar dizayn olunmaqdadır. Misal üçün, bizim kataqoriyalar  widgetimiz, başlanğıcdakı  sliderimiz ve ana səhifəmiz  CSS baxımından gözəl dizayn edilmişdir. Qisaca desək,  internetdə saya bilməyəcəyimiz bir çox yerlərdə istifadə olunmaqdadır.

CSS necə istifadə edilir?

CSS  hər hansı  bir mətn  redaksiyası  və  kodlama  proqramı  ilə  yazıla  bilir. Bu  kodlama

proqramına microsoft visual studio community misal göstərilə bilər.Əlavə olaraq internet vasitəsi ilədə yaza bilərsiniz.

CSS3 nə işə yarayır? 

CSS sayəsində düymələrin,yazıların, CSS sayesinde butonların, yazıların, forma elementlərinin və digər HTML etiketlərinin rəngini, ölçüsünü və mövqeyini təyin edə bilərik. Biz də animasiyalar və effektlər yarada bilərik.

 

“Front-end” kursu yeni başlayan proqramçılar üçün olduğu kimi, öz həyatını veb proqramlaşdırmayla bağlamaq istəyənlər üçün də münasibdir.

“Front-end” – hal-hazırda öz sevdiyin işi görərək uğurlu olmanın ən məşhur metodlarından biridir. Yaxşı front-end developer-lərə hər zaman bazarda ehityac duyulur.

STEP IT Academy -də professional müəllimlərin ciddi rəhbərliyi altında front-end kursunu keçərkən HTML, CSS, Java Script dillərinin müstəqil öyrənilməsi zamanı sizi gözləyən ümumi səhvlərdən qaçmaq mümkündür. Bundan başqa bizim Front-end kursumuz elə şəkildə qurulub ki, siz lazımsız məlumatlardan yayınaraq ən vacib informasiyaya diqqətinizi yönləndirəcəksiniz.

Ətraflı məlumatı itstep.az veb saytından əldə edə bilərsiniz

Bəyən və paylaş