Şənbə, 2 Avqust, 2025

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib


  • Dərc edildi: 23 May, 2025 - 14:03
 “Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

 “Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib.

 

22 may 2025-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” mövzusunda görüş keçirilib.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gənc Tarix Müəllimləri Birliyinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyinin tərəfdaşlığı ilə keçirilən tədbir Azərbaycanın maarifçilik tarixi və müasir təhsil yolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca, Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək maarifçiliyin təhsildəki əhəmiyyətindən danışdılar.

 

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxış edərək təhsil siyasətində maarifçi ideyaların davamlılığının vacibliyini vurğuladı. Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nailə Hüseynova, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov və həmin muzeyin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək tarixi irsin müasir təhsildəki roluna dair elmi araşdırmalarını təqdim etdilər.

 

Görüş çərçivəsində dinləyicilərlə interaktiv müzakirələr aparıldı və onların sualları cavablandırıldı. Müzakirələrə AGMA-ya tabe Gənc Tarix Müəllimləri Birliyinin sədri Əli Abdullayev moderatorluq etdi. Tədbirin sonunda iştirakçılar muzeydə ekskursiyada oldular və görüş kollektiv foto çəkilişi ilə yekunlaşıb.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5367
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 863
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 306
“İnnovativ məktəb” l...