Cümhuriyyətimizin 103-cü ildönümünə özəl möhtəşəm intellekt festivalı!

Cümhuriyyətimizin 103-cü ildönümünə özəl möhtəşəm intellekt festivalı!

Azərbaycan Respublikasının Gənclər Fondu və

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Fərdi Oyun üzrə Respublika Birinciliyi” çempionatına start verilir.

Çempionatda sizi nələr gözləyir?
 Seçim mərhələsindən uğurla keçən gənclər 3 həftə boyunca (24-25 aprel; 8-9 may; 22-23 may) intellektual oyunumuza qoşularaq müxtəlif mövzularda sualları cavablandıracaqlar;
 Ən çox reytinq xalı toplayan 16 iştirakçı 28 May Respublika Günü ərəfəsində keçiriləcək böyük finala vəsiqə əldə edəcək;
 Finala vəsiqə qazananlar çempionluq uğrunda mübarizə aparacaqlar;
 Yekunda 4 gənc qalib olacaqdır.
Qalibləri dəyərli hədiyyələr gözləyir
Qeydiyyat üçün link: https://forms.gle/ZnF2uWADuR9DBPc37
Son qeydiyyat tarixi: 23 aprel saat 23:59
QEYD: Seçim mərhələsi və oyunlar onlayn platformalar üzərindən aparılacaqdır.

Bir cavab yazın

Back to top button