13 İyun 16:16

Dənizkənarı Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və  Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Bulvarda “Beynəlxalq Günü” keçirildi. Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edildi.

 

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

 

Olimpiya bayramının tərəfdaşları olan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, “Coca-Cola” şirkəti, “Bir” tələbə könüllü proqramı, İstək liseyi, “Mur&Marya” bloqunun nümayəndələri tədbirdə iştirak edirdi.

 

MOK-un vitse prezidenti Çingiz Hüseynzadə qeyd etdi: “Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir və bu gün aramızda olan fəal gənclərin idmana olan marağı bizləri sevindirir. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. Belə möhtəşəm tədbirin keçirilməsində aidiyyatı bütün hökumət, idman və qeyri-idman qurumlarına, tədbirin təşkilatçılıq işlərində könüllü kimi iştirak edənlərə xüsusi təşəkkürmü bildirirəm.”

 

“Olimpiya Günü”nün fəxri qonağı olan, Milli Olimpiya Səfiri, Olimpiya çempionu Rəfiqə Şabanova da, öz çıxışında, fiziki aktivliyin gündəlik həyatda vacib rolundan danışdı.

 

Beynəlxalq Olimpiya Günündə 00-ə yaxın məktəbli və tələbə yarışda iştirak etmişlər. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunmuşlar. Bütün iştirakçılar BOK-nin qaçışda iştirakı təsdiq edən sertifikatını almışlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)