DƏRS 1. İLLƏR SONRA…

İllər sonra. Bu qədər yaşadıqlarımız, qazandıqlarımız, itirdiklərimizdən sonra… Gəldik çıxdıq bugünümüzə, olduğumuz yerə. Bəzilərimiz razı halda, bəzilərimiz narazı halda. Amma əksərimizin birləşdiyi əsas fikir isə budur ki, daha da yaxşı ola bilərdi. Qazandıqlarımız dəyərlidir, itirməməyə çalışmalıyıq, çalışacağıq da, itirdiklərimiz ağır idi, daha itirməmək üçün mübarizə aparmışıq,aparacağıqda. Düzgün hesab etdiyimiz qərarların yanlış çıxdığını da gördük, yanlış deyib güldüyümüz insanların haqlı çıxdığını da. Nəyin olmasından, nələrin yaşanmasından aslı olmayaraq biz illər sonra bugünümüzdəyik. Etdiyimiz yanlışlardan, seçdiyimiz yanlış yollardan aslı olmayaraq biz yenə də bizik. Yanlışımızla, doğrumuzla bizi sevən insanlar var… Bəs indi? Bəs sabah? Bəs qarşılayacağımız illər sonra? Necə olacaq?… Biz necə olmağını istəsək və necə olmağına zəmin yaratsaq elə də olacaq… Bəs biz necə olmağını istəyirik? Yaxşı, səhvsiz, xoşbəxt, itkilərsiz… Bunun üçün nələr etməliyik? Birincisi nələr lazım olduğunu araşdırmalıyıq. Bu oldu araşdırma. İkincisi lazımlıları öyrənməliyik, necə edəcəyimizi. Bu oldu nəzəriyyə. Üçüncüsü, ən əsası bildiklərimizi tətbiq etməyi bacarmalıyıq. Buna deyilir praktika-biliklərin tətbiqi. Araşdırma, nəzəriyyə və praktika, bu üçünü birləşdirdikdə çox şey bacarar insan. Təbii ki, araşdırmaya təcrübəni də daxil etməlidir. Yaşadıqlarını, onların təhlilini, onlardan öyrəndiklərini… Təcrübəni araşdırdıqdan sonra isə nəzəri biliklər əldə edib nəzəriyyəyə daxil etmək mümkündür. Bu dəfə bunu etməyəcəm, ya hansısa işi görəndə bunu əlavə edəcəm və s. kimi. Daha sonra isə gəlir həmin əldə olunmuş nəzəri biliklərin tətbiqi… Əlbəttə, hansısa sahədə və ya işdə düzgün olanları, yaşam qaydalarını, həyatımızı yaxşılaşdıra biləcək nələrisə öyrənmək üçün vacib deyil ki, onları yaşayaraq öyrənək. Sözsüz ki, həmin işdə təcrübəli şəxslər daha çox bilir. Onların təcrübələrindən əldə olunmuş nəzəri biliklər də çox köməyimizə çata bilər… Demək əsas məsələ nədədir? Bizim istəməyimizdə və istəyibdə istədiyimizi əldə edənə qədər mübarizə aparmaqda… Qərar vermək. Bu yazını oxuyan şəxs, sən qərarını vermisənmi? Qərarının ardınca gedirsənmi? Qərarın haqqında səni çox sorğu-sual etməyəcəm. Sadəcə bu sualıma cavab ver onu yaxşıca araşdırdınmı? Araşdırdım deyib də üstündən sürətlə keçmə. Düşün, araşdırıb qərara gəlmək üçün nələr etmək lazımdı? Yoxsa 3də oxuyan bir şagirdin böyüyəndə filankəs kimi olacam deməsi kimidir sənin araşdırman? Bu qərara gəlmə səbəbin? Hansısa xüsusiyyətindən şikayətçisən? Məsuliyyətsizlik, tənbəllik, süstlük, zaman problemi, şəxsi inkişafda çətinliklər, qərar qəbulunda problemlər və s. kimi bir çox problemlərlə üzbəüzsən və onları aradan qaldırmaq istəyirsən? Bunu bacarıb, bacara bilməyəcini də bilmirsən? Sadəcə bunu bil ki, görəcəyin ilk iş qərar qəbul etməkdir… Çox qərar qəbul edib də tuta bilməyən birisənsə demək ki, yenə də nəsə çatışmamazlıqlar var… Yenə də kifayət qədər israrlı, istəkli olmamısan. Müəyyən hissələrdə ağlın duyğulara, “saba edərəm”, “sonra edərəm”lərə uduzub… İllər sonra. İllər sonra nəyin necə olmağından aslı olmayaraq. Bu qədər yaşadıqlarından, necə yaşadıqlarından, verdiyin yanlış və düz qərarların nəticələrindən aslı olmayaraq, illər sonra yenidən başla, yenidən doğul… Mən bu qərara gəldim. Sən də düşün, uyğundursa gəl.. Çıxaq uzun bir səfərə, elminin artması, biliklər və təcrübənin çoxalması, öyrənmək və öyrətmək, yetişmək və yetişdirmək üçün böyük bir yola çıxaq. Həyatımız, ətrafımızdakılar üçün vacib məsələləri araşdıraq, öyrənək. Amma öyrənməklə qalmayaq, həyatımıza tətbiq edək. Yenidən doğulaq, dəyişilmək lazımdısa dəyişək, yüksəlmək gərəkdir, yüksələk. Amma doğrularla, doğru yollarla. Düzgün yüksələk, düzgün yol seçməsək yıxılarıq nə vaxtsa. Nə qədər yüksəkdən yıxılsaq, o qədər də çox əzilərik, məhv olarıq. İllər sonra hər şey düzəldi deyərkən, itirərik, uduzarıq… Dərs 1. İllər sonra… İllər sonra qərarı ver və bizimlə uzun bir yola çıx… Dərslər səni qərarına, hədəfinə çatdırmağa, problemlərini aradan qaldırmağa kömək edəcək, amma hədəfə çatacaq şəxs sən ÖZÜNSƏN!

Ağaəhməd Göyüşov

Bir cavab yazın

Back to top button