15 May 08:14

Dərs 6. “Yox!” – deməyi bacarın

Əgər desək ki, uğurun 50%-i, 60%-i məhz bu kəlmədən aslıdır yanılmarıq. Həyatımıza ötəri nəzər salaq, baxın görün neçə işimiz məhz bu kəlməni deyə bilməmişik deyə alınmayıb? Və ya bu kəlmə bizi neçə işdən, uğurdan ayrı salıb. Söhbət kor-koranə hər nəyə gəldi “yox” deməkdən gedmir. Söhbət heç eşitdiyimiz və bir sıra hallarda təkanverici qüvvə olan “yox!” sözündən də gedmir. Söhbət bizim işlətməyimiz lazım olan, amma hansısa səbəblərdən işlədə bilmədiyimiz “Yox!” kəlməsindən gedir.

İstisna şəxslər xaric, əksəriyyətimiz dərs oxumaq lazım gələn anda, ya imtahana hazırlaşan zaman, gələn başqa işlərə( həyətdə oynamaq, gəzməyə getmək, internetdə gəzişmək və s.) “Yox!” kəlməsin deyə bilməmişik. Neçə-neçə nəfərlər buna görə imtahanlardan kəsilib və ya çox az bal yığıb. Əslində bu qədər həngamə sadəcə olaraq 1-2 dəqiqənin içində,bəlkə də daha az vaxtın içində həll olur. İnsan o vaxtı səbr edib, bir qədər düşünüb nəyin xeyirli olduğu qərarına gəlsə və “Yox!” deməyi bacarsa, işlər də onun iradə etdiyi, istədiyi çərçivədə irəliləyəcək… Düşünün hərşey o 1-2 dəqiqədən və bir kəlmədən aslıdır. Bəzi insanlara “yox!” deməyi bacarmalıyıq. Bəzi səbəblərə də həmçinin. Biz özümüzə “hə” dediyimiz kimi “yox”-da deməliyik. Düşünün, özünə “yox!” deməyi bacaran şəxs kimə və ya nəyə “yox!” deməkdən çəkinəcək ki? Bir praqram hazırlayan zaman bir vərəqə də sizə mane olan səbəbləri, amilləri yazın. Sonra hamısının qarşısına xətt çəkib, böyük hərflərlə “YOX!”- yazın… Yalnız vərəqdə yazmağı hamı bacarar, indi keçin icraya. Çətinlərə qaçıbda özünüzü yükləməyin, sadələrdən başlayın mürəkkəbə, ən çətinlərə, bu olmadan olmaz (ziyan olmağına, olmazlardan olmağına baxmayaraq), buna “yox!” deyə bilmərəm dediklərinə doğru… Sadələr hansılardı? Məsələn, fərz edək ki, televizora baxmaqla hansısa işin icrasının qarşısındasan. Düşünmədən qalx ayağa televizoru söndür və işin icrasına başla. 8-10 dəq-ə işə adaptasiya olsan televizordan çox iş zehnini məşğul edəcək. Bu işi bir dəfə bacarmısan deyə ikinci dəfə də bacararsan. Üçüncü dəfə ikincidən daha asan bacararsan… Bir müddət sonra isə televizora “Yox!” demək sizin üçün rahat olacaq. Şəhərə çağırmalar və mühüm iş qarşısında qalmaq və dostlara “yox!” deməkdə çox çətindir. Bəlkə də ən çətinlərdən biridir. Bunu bacarmaq üçün birinci növbə də öz şəxsinizdə bir sıra prinsiplərə yiyələnməyiniz vacibdir. Məsələn, məsuliyyətlilik, işləri vaxtında çatdırmaq, bir işi digər işə qatmamaq, dürüstlük, hər yerə zamanında çatmaq və hər işin öz zamanından kəsməmək… Belə olduğu halda sizə çox rahat olacaqdır. Hər kəs sizi hər işinizə məsuliyyətlə yanaşdığınızı bildiyi üçün “işim var onu çatdırmalıyam, başqa vaxt şəhərə çıxarıq və ya “yox!” gələ bilmirəm” dediyiniz zaman dostlarınız sizi tanıdıqları üçün hörmətlə yanaşacaqlar. Yox əgər sizə hörmətlə yanaşmayacaqlarsa “dostlar”, olmasa da olar o “dostlar”-dan… Qeyd edək ki, istisna hallar mümkündür…

Birinci “yox!” kəlməsini isə bizi uğura aparan yolda maneə ola biləcək istəklərimizə deməliyik… Hər nə istədik eləmək azadlıq deyil, insan o vaxt azad olur ki, hətta istəklərinində əsarətindən çıxır və istəklərini də özünə tabe edir. Müsəlmanların nəzəri ilə desək, nəfsini saflaşdırmalı. İnsanın nəfsi rahatlığa, əyləncəyə daha çox meyl edir, amma həyatda uğur qazanmaq üçün nəfsin hər istədiyini etmək olmaz. Deyərdim, “yox!” deməyin ən çətin alındığı hissə bu hissədir. Bu hissə də insan özünə istinad və təkanverici hissələr seçməsə nəticəni çətinliklə əldə edər. İstinad seçimində “niyə nəfsinə qul olmamalısan?” onlar qərar tapmalıdır. Təkanverici qüvvədə isə – necə üstələyə bilərsən, nələrin köməyi ilə üstələ bilərsən- onlar. Oxuma metodlarından bir misalla izah eləməyə çalışaq. Kitab oxumaq istəyirik, amma necə oxuyaq deyə fikirləşirik, bir müddət sonra oxumaq istəmirik. Bu halda “vərdiş yaratma” halından istifadə edirik. Kitab oxumaya özümüzü bir müddət məcbur edib, onu vərdiş halına gətiririk. Bu metodunda kökündə “yox!” demək dayanır. Sən durmaq istəyirsən, birdən özün-özünə “yox!”- deyirsən və kitabı oxumağa davam edirsən. “Yox!” kəlməsi lazımı 1-2 dəqiqəni (həlledici anda deyə bilərik) keçməyə sənə kömək edir və bir müddət sonra kitaba olan bağlılığını qeyd edə bilərsən. Təbii ki, başlanğıcda yorucu kitablardan başlamamaq, xüsusilə məsləhət olunur… Bəzi işlər də vardır ki, onlara maddi (cism) baxımından “yox!” deyib işə adaptasiya olunduğumuz zaman, mənəvi dəstəkləyici amillərlə də dəstək olmalıyıq. Ən uğurlu amil, işin sonundakı qazancını tez-tez nəzərdən keçirməkdir. İnsan qazanca meyilli olduğu üçün istənilən sahədə qazancına tez-tez nəzarət etsə və itirdiklərini xatırlasa, qazanca daha çox meyl edəcəkdir, nəinki nəfsi istəklərinin arxasınca gedməyi… Bunun üçün hər gün, hər gün olmasa da hər həftə bazar və maaş işlərində hesab-kitab etdiyi kimi cəmi bir-ikicə dəqiqəsini ayırıb qazanc və itirdiklərini nəzərdən keçirsin… İtirdiklərinə olan heyfslənməsi və qazanca olan şövqü onun uğura çatmasında təkanverici qüvvə rolunu oynayacaqdır…

Ağaəhməd Göyüşov

Bəyən və paylaş

Rəylər

rəy(lər)