DAAD Təqaüd proqramı ilə bağlı təlim keçiriləcək

Bildiyiniz kimi DAAD Təqaüd proqramı Almaniyada yeganə təqaüd proqramıdır. Bu proqram sayəsində siz, Almaniyanın TOP universitetlərində ödənişsiz təhsil almaq yanaşı, aylıq təqaüd qazanma şansı əldə edirsiniz.
Hər il dünyanın müxtəlif ölkələrindən DAAD Təqaüd proqramına yüzlərlə tələbə müraciət edir. Yalnız onların kiçik bir hissəsi təqaüdü qazana bilir.
“EDU SUPPORT” olaraq, DAAD təqaüdü ilə bağlı müraciətinizin həm ucuz başa gəlməsi, həm də praktik olaraq bütün prosesin izah olunması məqsədilə sizin üçün yeni bir təlim təklif edirik: “DAAD Application/Bewerbung” təlimi!
Təlim zamanı sizə təqaüdə müraciətin hər addımı izah olunacaq, xüsusi tövsiyələr veriləcək və ən əsası bütün bunları necə etməli olduğunuz yerindəcə göstəriləcəkdir. Təlim ərzində eyni zamanda təqaüdlə bağlı bütün suallarınıza cavab da tapa bilərsiniz.
Təlim yalnız bir görüşdən ibarət olmaqla, online olaraq (Zoom platforması vasitəsilə) keçiriləcəkdir.
🗓 Tarix: 16 oktyabr
🕗 Saat: 20:00
⚠️ Yerlər məhdud saydadır.
Təlimin müddəti: 2.5 saat
Müraciət üçün son tarix: 16 oktyabr, 12:00
İştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz 👇🏻

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir