Dağçılıq İdmanı üzrə “Yay Məktəbi 2016”

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 16 yaşdan yuxarı şəxslərə dağçılıq idmanını tanıtmaq və gələcəyin peşəkar dağçılarını yetişdirmək məqsədi ilə, “Yay Məktəbi”- nin Təməl Dağçılıq Dərslərinə start verir.
Yay Məktəbi 4 gün olmaqla dağda düşərgə şəraitində təşkil olunacaqdır.

Yay məktəbinə qəbul şərtləri və qediyyat linki:
1. FAİREX-in üzvü olmalı
2. Sağlamlığı haqqında arayış gətirməli
3. Yay məktəbinə qəbul üçün qeydiyyat formasını tam doldurmalı.
4.Şəxsiyyət vəsiqəsinin surəti
5. 3×4 2 ədəd şəkil

Qeydiyyat linki: http://goo.gl/forms/BQOOFqpPGqkUDyZP2

Təlimlər tamamilə ödənişsizdir.

Yay məktəbinin proqramı:

-Təcübəli təlimçilərdən dağçılığın sirlərini öyrənəcəksiniz!

• DÜŞƏRGƏ YERININ SEÇILMƏSI VƏ ÇADIRIN QURULMASI
• YÜRÜŞLƏ BAĞLI MƏLUMAT VƏ YÜRÜŞ TEXNIKASI
• DAĞÇILIQ LƏVAZIMATLARI ILƏ TANIŞLIQ
• DAĞÇILIQDA ISTIFADƏ EDILƏN IP DÜYÜNLƏRI
• TƏBII DIRMANMA HAQQINDA TƏLIM
• IPLƏ ENIŞ ÜSULLARI
• DAĞDA QIDALANMA.
• XƏRITƏ-KOMPAS VƏ DAĞDA ISTIQAMƏTIN TAPILMASI
• METEOROLOJI – KLIMATOLOJI MƏLUMAT
• ILKYARDIM MƏLUMATI
• ƏTRAFIN MÜHIT VƏ TƏBIƏTIN QORUNMASIILƏ BAĞLI MƏLUMAT

Yay məktəbi təlimlərin keçirilmə dili: Azərbaycan dili

Qeyd: Yay məktəbində uğurlu nəticələr göstərən idmançılarımız, peşəkarlıqlarını daha da artırmaq üçün məşqlərinə davam edəcək və gələcəkdə milli yığma qismində beynəlxalq səviyyəli yarışlarda iştirak etmə şansını qazana biləcəklər.
İştirak üçün qeydiyyat formunu aşağıda göstərilən link vasitəsilə doldura bilərsiniz: http://goo.gl/forms/BQOOFqpPGqkUDyZP2

Daha ətraflı məlumat üçün:
Telefon: +994 12 424 29 81
[email protected]ail.com
Web-sayt : www.fairex.az
Ünvan: Bakı şəhəri, Nobel pr 61

Bir cavab yazın

Back to top button