4 Fevral 18:20

“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçiriləcək

10-12 may 2019-cu il tarixlərdə Qərbi Kaspi Universiteti Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə əməkdaşlıq edərək, “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil edəcəkdir.

Dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik səbəbindən) və hazırda da inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaflar bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransımızın məqsədi bu məsələləri müzakirə etmək və dünya səviyyəsində ən çox iz qoyan problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimləri, ekologlar, bioloqlar, turizm mütəxəssisləri və digər maraqlı mütəxəssisləri bir araya gətirməkdir.

Tədbirin təşkilatçısı və əsas sponsoru olan Qərbi Kaspi Universiteti ödənişsiz qeydiyyat, yerləşmə və yerli nəqliyyatla yanaşı, lazımi xərcləri də öz öhdəsinə götürür.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)