“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı!

“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi , Unicef Azerbaijan və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation təşkilatçılığı ilə 12 avqust “Beynəlxalq Gənclər Gününə” həsr olunan onlayn formada “Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcəkdir.
BMT Baş Assambleyası tərəfindən 1999-cu il 12 avqustda elan edilən Beynəlxalq Gənclər Gününün 2020-ci il üzrə mövzusu “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması”dır. Eyni mövzu altında baş tutacaq konfrans gənclər siyasəti və gənclərlə iş sahəsində beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət rəsmilərinin açılış nitqi ilə başlayacaq və istedadlı, beynəlxalq səviyyədə nailiyyətlər qazanmış gənclərimizin nitqi ilə davam edəcək. Konfransda eyni zamanda “Azərbaycan Gəncliyi” başlığı altında video-çarx nümayiş olunacaq, Azərbaycanın yenilikçi modelləri – Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Yerli Gənclər Şuraları təqdim olunacaq. Konfrans öz işinə müzakirələrlə davam edəcək.
Hər birinizi konfransda iştirak etməyə dəvət edirik!

Qeydiyyat linki: https://genc.az/12avqust/
Qeydiyyat üçün son tarix: 8 avqust 12:00

Bir cavab yazın

Back to top button