31 Oktyabr 22:23

DanceAbility inklüziv rəqs dərsləri (ödənişsiz )

Hər birinizi 1 və 4 noyabr tarixlərində saat 18:45 – 21:15 kimi Rəngkarlıq Muzeyində (YARAT Mərkəzinin yanı) keçiriləcək DanceAbility® inklüziv rəqs dərslərimizdə gözləyirik🙏🏻

Dərslər ödənişsizdir, iştirak etmək üçün qeydiyyat formunu doldurmağınız xahiş olunur.

Yaş həddi +14

https://docs.google.com/…/19MqSGoAoQTVuY3WCo_IdRU_9nD4…/edit

Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, sağlamlıq məhdudiyyəti olan və olmayan, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs bu dərslərə qatıla bilər.

DanceAbility®İnklüziv rəqs metodu sizə aşağıdakı imkanları yaradır:

– özünü fərd olaraq ifadə etmə
– insanlar arasında əlaqənin hiss olunması
– ünsiyyət üçün müxtəlif vasitələrlə tanışlıq
– empati qurma qabilliyəti
– yaradıcılığın inkişafı
– yeni tanışıqlar əldə etmə

Və nəhayət əyləncə!

Suallarınız üçün bizə müraciət edə bilərsiniz +994 51 415 16 85.

Bəyən və paylaş

Rəylər

rəy(lər)