14 Sentyabr 13:36

DanceAbility / performans

Əziz dostlar,
Sentyabrın 19-u saat 19:00-da, sizi ssenarist Nigar Sultanova və xoreoqraf Nigar İbrahimbəyli tərəfindən yaradılmış immersiv performansın tamaşaçıları və iştirakçıları olmağa dəvət edirik. Performans koreyalı rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” sərgisi çərçivəsində təşkil edilib.

Hissə 1. Performans

Performans, nənədən-nəvəyə davranış stereotiplərinin ötürülməsi mövzusunu və bu stereotiplərin hər bir nəslin həyatına göstərdiyi təsiri araşdırır. Bir nəsildən digərinə ötürülən bəzi hekayələr, kollektiv şüursuzluğu formalaşdıran və həyəcan doğuran həyat fonu yaradaraq, gizli qorxulara səbəb ola bilər. Bu performans, mədəniyyətimizə eyni zamanda mənfi və müsbət təsir göstərən bu hekayələri vizuallaşdırmağa kömək edir.

Hissə 2. The Ecstatic Awakening Dance
Ecstatic Awakening Dance (“Ekstatik oyanış rəqsi”) – bədəninizin imkanlarını hərəkətdə olarkən daha yaxşı və daha dolğun öyrənməyə imkan verən bir metoddur. Bu oyanış hüceyrə səviyyəsində özümüzü yeniləməyə imkan verən, təkrarlanan ritm, hərəkət və düzgün tənəffüs vasitəsilə baş verir. Nəticə etibarilə, toksinləri, uzun müddət hərəkətsiz qalmış (donmuş) enerjini və xoşagəlməz duyğuları təmizləyən, bizdən uzaqlaşdıran endorfinlərin (“xoşbəxtlik harmonlarının”) atılması baş verir. “Ecstatic Awakening Dance” metodunu tətbiq etməklə, biz sonsuz enerji və həyat qüvvələrinin mənbəyinə doğru hərəkət edirik. Bu mənbəyə isə yalnız özümüzü “sərbəst axına buraxan” zaman daxil olmaq mümkündür. Biz tam şəfa ilə görüşə gedərək, bədənimizin ritmini, qanımızın nəbzini və ürək döyüntümüzü dinləməyi öyrənirik.

Ecstatic Awakening Dance™ – aşağıdakılara yönəlmiş metoddur:
• Bədəninizi stressdən azad edir və onu enerji ilə doldurur;
• Donmuş enerjini azad edərək, sizi emosional yükdən xilas edir;
• Sizə indiki anı, “burada və indi” yaşamağı öyrədir;
• Özünüzü qəbul etməyi və sevməyi öyrətməklə, yatmış ürəyinizi oyandırır;
• İnsana öz təbiətini tam dərk etmək üçün İlahi başlanğıc və mövcud olan hər bir şeylə əlaqə yaratmağa imkan verir.

Nigar Sultanova Alito Alessi tərəfindən tədris edilən “DanceAbility Pedaqoq Sertifikat Proqramı”nın məzunudur (2016). O, 2017-ci ildə Bakıda “DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkətini təsis edib. Təşkilatın əsas missiyası əlilliyi olan və olmayan insanları rəqs/hərəkət çalışmaları vasitəsi ilə bərabər imkanlar yaradaraq bir araya toplamaqdır. Həmçinin “DanceAbility Azerbaijan” inklüziv təhsilə təkan vermək və cəmiyyətdə təcrid anlayışını dəf etmək prinsiplərini həyata keçirir. Hal-hazırda Nigar Sultanova Rebecca Hanscombe tərəfindən təsis edilən “School of Ecstatic Movement” məktəbinin Pedaqoji fakültəsində təhsil alır.

Nigar İbrahimbəyli 2010-cu ildə Xoreoqrafiya Məktəbini bitirib. Hal-hazırda, “DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkətinin bədii rəhbəri və xoreoqrafiya üzrə prodüseri, “DamlaKids” rəqs studiyasının bədii rəhbəridir. Həmçinin o, Kişilərdən ibarət milli gimnastika heyətinin peşəkar xoreoqrafıdır. 2018-ci ildə, Nigar, “British Council Unlimited” proqramına qatılıb və Azərbaycanda inklüziv rəqs təcrübələrini fəal şəkildə təbliğ edir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)