"Danceability və Stereotiplərlə üz-üzə" forum-teatr əsaslı düşərgə keçiriləcək

Əziz Ağstafa, Gədəbəy, Göygöl, Goranboy, Lənkəran, Lerik, Masallı, Şəki, Qax və Qəbələ gəncləri, sizin üçün əla fürsət var!
GüclüOl — Gənclərin Şəxsi İnkişaf Platforması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşəbbüsü, Ritual Mobil Teatr Laboratoriyası və Dance Ability İnkluzov Rəqs Şirkətinin təlimçiliyi ilə "Danceability və Stereotiplərlə üz-üzə" forum-teatr əsaslı düşərgə keçiriləcək.
Düşərgə çərçivəsində gənclər sosial həyatda daha uğurlu və fəal olmağın metodlarını öyrənəcək, öz fikirlərini daha obrazlı, dəqiq və hərtərəfli ifadə etmələri üçün faydalı bacarıqlar qazanacaqlar.
Düşərgədə:
- Stereotiplər və onların yaranma səbəbləri;
- Dəyərlər və müxtəlifliklər;
-Stereotiplərin aradan qaldırılmasına obrazlı yanaşma və səhnələşdirmə;
- İlkin tamaşalara hazırlıq: İmprovizasiya, obrazlaşdırma;
- Forum teatr tarixi, texnikası, tətbiqi, ilkin teatr bacarıqları və s. mövzuları müzakirə olunacaq.
İnteraktiv metodlarla keçirilən təlimlər və müxtəlif tipli oyunlarla həm öyrənib, həm də əylənəcəksiniz.
Düşərgədə iştirak üçün yalnız yuxarıda qeyd olunan rayonlarda yaşayan 16-20 yaş aralığında olan və COVID-19 əlehinə vaksin olunmuş gənclər müraciət edə bilərlər.
Qeydiyyatdan üçün: shorturl.at/jmqDX
Müraciət üçün son tarix: 31 iyul 2021-ci il
Qeyd edək ki, düşərgə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən dəstəklənir.
Düşərgənin son günü avqust ayının 12-sinə, Beynəlxalq Gənclər Günü təsadüf edir. Gəlin, bu dəfəki Gənclər Gününə daha fərqli hazırlaşaq və bu günü birgə qeyd edək!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az