“Danimarkada müəllim hazırlığında pedaqoji təcrübə” mövzusunda məruzə

Azərbaycan Dövlət Pedaqoji Universiteti
E L A N

Hörmətli xanımlar və cənablar !

*

Azərbaycan Dövlət Pedaqoji Universitetinin himayəsi ilə təşkil olunan Pedaqoji Forumun növbəti, pedaqoji təhsildə xarici təcrübəyə həsr olunmuş IX dinləməsi olacaqdır. Bu görüşdə Danimarkanın Kopenhagen Universitet Kollecin (UCC) Müəllim hazırlığı fakültəsinin professoru Klaus Bruun Hansenin “Danimarkada müəllim hazırlığında pedaqoji təcrübə” mövzusunda məruzə edəcəkdir.
Arzu edən təhsil mütəxəssislərini, müvafiq sahədə tədqiqatlar aparan alimləri və pedaqoji ictimaiyyətin nümayəndələrini öncədən qeydiyyatdan keçməklə bu forumda iştirak etməyə dəvət edirik.

Forumun keçirildiyi tarix, saat və yer:
27 noyabr 2019-cu il, saat 15:00-da
ADPU, Səbail (I) tədris binası (AZ 1000, Bakı çəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68), II mərtəbə, Heydər Əliyev Mərkəzinin Lektoriyası.

Qeydiyyatdan keçmək qaydası:
Qeydiyyatdan keçmək üçün [email protected] e-poçt ünvanına və ya telefonla (012 493 35 05) zəng edilib qeydiyyatdan keçmək kifayətdir.

Pedaqoji Forumun Katibliyi


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close