21 Oktyabr 12:41

Danışır

İşə bax sən,İlahi,

Arsız ardan danışır.

Leyli Fərhada göz edib,

Məcnuna yalan danışır.

Məcnun Şirinə baxıb,

Leyliyə eşqdən danışır.

Bircə qarın aş üçün,

Molla imandan danışır.

Namus bilməyən indi,

Qeyrət, əxlaqdan danışır.

Arı zəhərdən, İlan baldan,

Millət vətəndən danışır!

Ziyadə Zabit

Bəyən və paylaş

Rəylər

rəy(lər)