“Data Analitik” vakansiyası

“Data Analitik” vakansiyası aktivdir.

Namizədə olan tələblər:

·      Ali təhsil (İqtisadiyyat, Maliyyə sahəsində təhsil alması arzu olunandır);
·      Yüksək səviyyədə MS Excel biliyi;
·      MS Power BI vizuallaşdırma proqramı ilə işləmə bacarığı;
·      SQL sorğu dilini bilmək;
·      Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
·      Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
·      Səlis Azərbaycan dili, Minimum orta səviyyədə İngilis dili biliyi (Rus dili biliyi arzu olunandır);
·      Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzu olunandır;
·      Komanda ilə işləmə bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
·      Problem həll etmə və danışıqlar aparmaq bacarığı;
·      İş təcrübəsi arzu olunandır.

İş barədə məlumat:

·      Şirkətin verilənlər bazasından məlumatların çıxarılması və məhsulun təkmilləşdirilməsi, marketinq siyasətinin və biznes strategiyalarının inkişafı üçün təhlil olunması;
·      Excel və Power BI-da avtomatlaşdırılmış dashboardları yaradılması və inkişaf etdirilməsilə məhsuldarlığın artırılmasında iştirak etmək;
·      Araşdırma və təhlillərin aparılması;
·      Verilənlər bazasında yarana biləcək problemlərin aradan qaldırılması;
·      Müştəri xidməti işçilərinin lazım olduqda müştəri dataları ilə təmin olunması

Əmək haqqı görüş əsasında dəqiqləşdiriləcək.

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur . Mövzu (subject) yerinə “Data Analitik” adı mütləq yazılmalıdır.

Related Articles