“Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MicroMaster Proqramı

“Data, İqtisadiyyat və İnkişaf Siyasəti” MicroMaster Proqramı

Xəzər Universitetinin Iqtisadiyyat və Biznes Yüksək Təhsil Fakültəsi ABŞ-ın Massaçusetts Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat Departamenti tərəfindən keçirələcək “Data, İqtisadiyyat və İnkişaf Siyasəti / Data, Economics, and Development Policy (DEDP)” MicroMaster Proqramı üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir. Proqram ölkə inkişafının üzləşdiyi aktual sosial-iqtisadi problemlərin həlli naminə ehtiyac duyulan analitik bacarıqlar, xüsusilə data əsaslı analizlərin aparılması üzrə ixtisaslaşan yeni nəslin formalaşmasını hədəfləyir.

Proqram 1 Avqust 2022 – 30 Aprel 2023-cü il dövrünü əhatə edir.

Proqramda iştirak üçün 20 tələbə seçiləcək. Seçim prosesi mərhələli şəkildə olmaqla ilkin olaraq CV və motivasiya məktubu, daha sonra ingilis dili və riyaziyyatdan test imtahanı, sonda isə müsahibə əsasında aparılacaq.

Proqram üzrə dərslər MİT Universitetinin müəllimləri (Nobel mükafatçıları daxil olmaqla) tərəfindən onlayn şəkildə keçiriləcək. Proqram çərçivəsində tələbələrin mürəkkəb nəzəri və praktiki məsələləri daha yaxşı qavraması üçün Xəzər Universitetinin müəllimləri tərəfindən həftəlik köməkçi (fasilitasiya) dərslər təşkil ediləcək.

Proqramla bağlı bütün xərclər SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları tərəfindən tam qarşılanacaq. Proqram barədə daha ətraflı məlumat üçün https://micromasters.mit.edu/dedp/ linkinə daxil ola bilərsiniz.

Kimlər müraciət edə bilər?

Analitik alətlərdən istifadə etməklə iqtisadi və sosial proqramların dizaynı, tətbiqi və monitorinqi üzrə çalışan və ya bu sahəyə marağı olan, aşağıdakı tələblərə cavab verən şəxslər müraciət edə bilər:

  • İqtisadiyyat, Ekonometrika, Statistika, Data Analitikası, Riyaziyyat, Fizika, Mühəndislik, Maliyyə və digər əlaqədar sahələr üzrə minimum Bakalavr təhsili;
  • İngilis dili “Upper Intermediate” (B2);
  • 35 yaşa kimi olan namizədlər

Proqram üzrə seçilmiş tələbələr 2022-ci ilin sentyabr ayı ərzində Xəzər Universitetində yerli professor-müəllim heyəti tərəfindən keçiriləcək riyaziyyat (calculus) və statistika fənnləri üzrə hazırlıq dərslərində iştirak edəcək. 2022-ci ilin oktyabr ayından MİT Universitetinin müəllimləri aşağıdakı fənnləri onlayn şəkildə tədris edəcək:

  • Mikroiqtisadiyyat
  • Sosial elmlər üçün data analitikası
  • İnkişaf siyasətinin əsasları: Ali İnkişaf İqtisadiyyatı
  • Təsadüfi (randomized) qiymətləndirmələrin dizaynı və tətbiqi
  • Siyasi İqtisad və İqtisadi İnkişaf

Proqramı uğurla bitirən tələbələr DEDP MicroMaster proqramı üzrə fənn krediti və sertifikat qazanacaq.

Müraciət üçün CV və motivasiya məktubunu (maksimum 300 söz) [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Emailin mövzusu: MicroMasters in DEDP 2022

Müraciət üçün son tarix: 25 İyun 2022-ci il

Qeyd: TOEFL ≥ 95 və ya IELTS ≥ 7 nəticəsi olan namizədlər seçim mərhələsində İngilis dili imtahanından, GMAT ≥ 700 nəticəsi olanlar isə riyaziyyat imtahanından azad olunacaq.

 

Əlaqə üçün:

Email[email protected]

Tel: 012 596 17 73

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles