Cümə axşamı, 21 Avqust, 2025

"Davamçıların yetişdirilməsi" – rəhbərlər, menecerlər və İR mütəxəssisləri üçün ödənişli vebinar


  • Dərc edildi: 30 İyul, 2025 - 21:48
"Davamçıların yetişdirilməsi" – rəhbərlər, menecerlər və İR mütəxəssisləri üçün ödənişli vebinar

"Davamçıların yetişdirilməsi" – rəhbərlər, menecerlər və İR mütəxəssisləri üçün ödənişli vebinar

 

Komandanızın uğuru uzunmüddətli olacaqmı?

 

Bu sual hər bir rəhbərin və HR mütəxəssisinin bir gün qarşılaşacağı reallıqdır. Uğurlu komandalar sadəcə bu günü deyil, sabahı da düşünür.

 

İndi təsəvvür edin: komandanızda əvəzolunmaz hesab etdiyiniz bir əməkdaş qəfildən işdən ayrılır. Onun yerini kim tutacaq? O rola hazır olan biri varmı? İşlər necə davam edəcək?

 

“Davamçıların yetişdirilməsi” təlimi məhz bu kritik suallara cavab vermək və sizi sabaha hazırlamaq üçün təşkil edilmişdir.

 

Peşəkar təlimçi Laura Həmidovanın təqdimatında keçirəcəyimiz bu praktiki sessiyada siz:

 

Kritik rolların və vəzifələrin müəyyənləşdirilməsi;

Potensial davamçıların aşkar edilməsi;

Onların inkişaf planlarının qurulması;

Liderlik boşluqlarının qarşısının alınması yollarını və daha çoxunu öyrənəcəksiniz.

 

Bu, sadəcə bir təlim deyil — bu, təşkilatınızın sabitliyinə, inkişafına və liderlik strukturunun dayanıqlılığına edilən strateji bir investisiyadır.

 

Əgər siz də "Gələcəyin liderlərini necə yetişdirim?" sualının cavabını axtarırsınızsa — bu təlim sizin üçündür.

Qeyd: Təlim SHRM resertifikasiyası üçün 2 PDC bal qazandırır.

 

Tarix: 2 avqust, saat 10:00 – 12:00

 

Məkan: Zoom platforması

 

Əlaqə: (+994) 70 336 88 11; [email protected]

 Qeydiyyat linki: https://forms.gle/Zi4Mrzf83dFr6y9V6

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 256
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 56
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...