“Davamlı İnkişaf Məktəbi” layihəsi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan birinci “Davamlı İnkişaf Məktəbi” layihəsinə 31 may tarixinədək müraciət edə bilərsiniz. Qeyd edim ki, layihənin nəzəri və praktiki modulları çərçivəsində seminar və görüşlər Yeni Azərbaycan Partiyasnın inzibati binasında, ölkəmizdəki karantin rejimi ilə əlaqədar qaydalar nəzərə alınmaqla canlı şəkildə keçiriləcəkdir. Layihə boyunca proseslərin fiziki formada keçirilməsində başlıca məqsəd iştirakçıların spikerlər və ekspertlərlə birbaşa ünsiyyət qurmasına şərait yaratmaq, eyni zamanda layihəyə seçiləcək 30 gəncimiz arasında sağlam kommunikasiyanı formalaşdırmaqdır. Tezliklə 2 modul üzrə təşkil olunacaq 20 proqramın istiqamətləri və spikerləri ilə bağlı məlumatları təqdim edəcəyik. I “Davamlı İnkişaf Məktəbi” layihəsinə müraciət etmək üçün: https://bit.ly/3bfIovk Müraciət üçün son tarix: 31.05.2021 23:00 (Bakı vaxtı ilə) Layihə ilə əlaqədar suallarınızı aşağıdakı mail ünvanına göndərə bilərsiniz: [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az