1 Aprel 17:40

“Davamlı Yenilik İstiqamətində TRİZ nəzəriyyəsi” adlı beynəlxalq konfransda könüllülük imkanı

ELAN

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) gəncləri Davamlı Yenilik İstiqamətində TRİZ nəzəriyyəsi” adlı beynəlxalq konfransda (https://www.triz.az/) könüllülük fəaliyyətinə dəvət edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 13-14 aprel 2019-cu il tarixində TRIZ (Yaradıcı Problem Həlletmə Nəzəriyyəsi, https://triz.az) nəzəriyyəsi barədə sahibkarlar və biznes assosiasiyalarının maarifləndirilməsi istiqamətində Bakı şəhərində “Davamlı Yenilik İstiqamətində TRİZ nəzəriyyəsi” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirdə hökumət nümayəndələri, iş dünyasının, o cümlədən elmi cəmiyyətin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. TRIZ nəzəriyyəsinin uğurla tətbiq edildiyi dünyanın müxtəlif ölkələrindən (Türkiyə, ABŞ, İngiltərə, Hindistan, İzrail, Rusiya, Almaniya, Latviya, Niderland) 12-si TRIZ masteri və mütəxəssisi olmaqla, toplamda 14 məruzəçinin çıxış edəcəyi tədbirdə TRIZ nəzəriyyəsi, onun müxtəlif fəaliyyət sahələrində tətbiqi imkanları və bu istiqamətdə ölkələrin və şirkətlərin uğur hekayələri haqqında təqdimat və çıxışları təqdim olunacaqdır.
Tədbirin yüksək səviyyədə təşkilində könüllülərin cəlb olunması nəzərdə tutulmuşdur.
Könüllülərə qoyulan əsas tələblər aşağıdakılardır:

1. Yüksək səviyyədə ingilis və rus dili bilikləri;
2. Yüksək ünsiyyət bacarığı;
3. Çevik və aktiv olmalı;
4. Biznes, İdarəetmə, İqtisadiyyat və tətbiqi elmlər üzrə təhsilinin olmağı arzuolunandır.
Tədbirdə iştirak etməklə tələbələr gələn nümayəndələrlə ünsiyyət quracaq, tədbirdə iştirak edəcəklər. Öz bilik və bacarıqlarını artıracaq, xarici dil biliklərini təkmilləşdirəcəklər.
Konfransın təşkili 4 gün təşkil edəcəkdir. Tədbirdə aktiv iştirak edən könüllülər sertifikatla təmin olunacaqlar.
Göstərilən tələblərə cavab verən namizədlərinin CV-lərini [email protected] ünvanına “TRIZ tədbiri Edumap.az” başlığı altında göndərilməsi xahiş olunur. Müraciət edənələr müsahibə zamanı seçiləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)