“DAVOSA DOĞRU – BAKI” FORUMU

Çox PisPisNormalYaxşıÇox Yaxşı (2 Bal, Təqribi: 5,00 Ümumi 5)
Loading...

Hörmətli  gənclər və gənclər təşkilatlarının nümayəndələri,

Sizi, 17 yanvar 2017-ci il tarixində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu,  Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakı şəhərində keçiriləcək “Davosa Doğru – Bakı” Forumuna dəvət edirik.

“Davosa Doğru” (“Shaping Davos”) dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün vasitədir. Qeyd edək ki, 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır.  Bakı şəhərində bu fəaliyyət 17 yanvar tarixində “Davosa Doğru  – Bakı” Forumu şəkilində keçiriləcək.

Forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaqdır. Forumun əsas mövzusu “Məşğulluq üçün yeni imkanların yaradılması” olaraq müəyyən olunub.

Panel sessiyalar “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularını əhatə edəcək. Sessiyalar zamanı dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi,  peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin effektivliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında rolu, ölkədə gənclərin məşğulluğunun təmin olunmasında gənc sahibkarların rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparacaqdır.

Məkan: ADA Universiteti

Tarix: 17 yanvar 2017-ci il Saat: 9:00-13:00

Aşağıda göstərilən meyarlara cavab verən şəxslərə üstünlük veriləcəkdir:

1. Sahibkarlar və gənc sahibkarlar

2. Biznes və iqtisadiyyat sahəsində təhsil alan gənclər

3. Peşə təhsili proqramarında təhsil alan və peşə təhsilində faydalanmış gənclər

4. Gənclər təşkilatlarının nümayəndələri

5. Global Shapers icmasının üzvləri və dəstəkçiləri

Son qeydiyyat tarixi: 14.01.2017

Əlaqələndirici şəxs: Aysun Zeynalova
Vəzifə: sədr müavini
Mobil tel: 077 421 11 32
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

Cavab yaz

Please enter your comment!
Please enter your name here