Daxili Audit Departamentində Auditor vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC Daxili Audit Departamentində Auditor vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  
  • Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
  • Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
  • Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
  • Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Əməliyyat, kassa və ya bankın digər sahələri üzrə minimum 1 il iş təcrübəsi (digər maliyyə təşkilatlarında təcrübənin olması nəzərə alınır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 may 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az