22 Mart 13:27

Daxili Audit Departamentinin Auditoru vakansiyası

Kapital Bank namizədləri Daxili Audit Departamentinin Auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

• Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək;

• Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak;
• Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.

Öhdəliklər

• İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək;
• Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək;
• Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;
• Audit hesabatlarının yazılmasında iştirak etmək.

Tələblər

• Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil;
• Bank sahəsində min. 3 illik iş təcrübəsi;
• Ünsiyyətqurma və təhlil qabiliyyəti;
• Mükəmməl yazı bacarığı.
• Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri.

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin Auditoru Edumap.az” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)