Daxili audit üzrə koordinator vakansiyası

Şöbə- Daxili audit
Vəzifə- Daxili audit üzrə koordinator
İş yeri- Baş Ofis
Tabeçilik / Hesabatlar- Qaraxan Şirinli

Vəzifə öhdəlikləri:

– Nəzərdə tutulan müddət çərçivəsində tapşırılmış şöbə və ya fəaliyyət sahəsi üzrə riskin qiymətləndirilməsini həyata keçirmək.
– Audit yoxlamalarını həyata keçirmək, o cümlədən problemli məsələləri müəyyənləşdirmək, kriteriyaları yaratmaq, sübutları təhlili etmək və müştərilərlə bağlı proseduraları sənədləşdirmək.
– Müsahibələrin alınması, sənədlərin təhlili, anketlərin hazırlanması və idarə olunması, qeyri-rəsmi sənədlərlə bağlı məsələlərin qaydaya salınması və məlumatları müfəssəl şəkildə əks etdirən işçi sənədlərini tərtib etmək.
– Nəzərdə tutulan sahənin audit yoxlamasını aparmaq və məruzə edilməli olan
məsələlərin və riskin əhatə dairəsinin müəyyənləşdirmək.
– Mal-materialın audit yoxlaması çərçivəsində mütəmadi olaraq inventar
hesabatını aparmaq.
– Auditin aparıldığı sahənin tam hesabatını tərtib etmək.
– Tapşırılan digər vəzifələri icra etmək.

Vəzifənin tələbləri

– Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi.
– Göstərilən sahədə ən az 2 il təcrübə.
– Azərbaycan, İngilis dilləri biliyi.
– Güclü analitik, təşkilatçılıq və vaxtı sərfəli idarəetmə bacarıqları
– Öhdəlikləri göstərilən keyfiyyətlə eyni zamanda çox sayda işləri yerinə yetirə bilmə qabiliyyəti
– İstənilən vaxtda işdə çevik olmaq və komanda şəklində işləməyə yönümlü olmaq
– Davamlı olaraq yeniliklərə açıq olmaq, öyrənmək üçün güclü istək və həvəsli olmaq və edilən dəyişikliklərə uyğun hərəkət etmək
– İşçilərlə səmərəli iş əlaqələrini yaratmaq
– Mövcud bazanı və elektron cədvəli yaratmaqda lazımi biliklərinə malik olmaq və bundan sonra müxtəlif növ kompüter

Kim müraciət edə bilər

Müvafiq bacarıqları olan hər bir əməkdaş (yalnız rəhbərinin razılığını aldıqdan sonra) daxili vakansiyaya müraciət edən zaman məktubun nüsxəsi eyni zamanda birbaşa tabeçiliyində olan rəhbər şəxsə də göndərilməlidir. Əks halda müraciət qəbul edilməyəcəkdir.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. Məktubda olan Müraciət formasını doldurub öz CV-nizlə birgə [email protected] email ünvanına göndərmək.
3. Öz birbaşa rəhbərinizi öncədən məlumatlandıraraq məktubun CC bölməsinə əlavə etmək.

Qeyd: Korporativ elektron ünvanı olmayan əməkdaşlarımız öz şəxsi ünvanından eyni qaydada müraciət edə bilərlər.

Bir cavab yazın

Back to top button