Daxili Audit üzrə Mütəxəssis tələb olunur

Dəyərli iş axtarışında olan Namizədlər!
Şirkətimizə Daxili Audit üzrə Mütəxəssis tələb olunur.

Tələblər:
• Ali təhsil;
• Tələb olunan sahə üzrə minimum 3 il təcrübə;
• Azərbaycan dili (Əla), Rus dili (Əla), İngilis dili (Arzuolunan);
• Daxili nəzarət və qiymətləndirmə proseduraları haqqında biliklər;
• CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab olunacaq.

Öhdəliklər:
• Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq;
• İnventarizasiya işini aparmaq;
• Satış nöqtələrinə yerində baxış keçirmək və fəaliyyətlərini qiymətləndirmək;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə getmək;
• Distributor anbarlarında mövcud olan məhsulların sayımlarını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
• Audit işinin nəticəsi haqqında hesabat hazırlamaq və təqdimat etmək;
• Təftiş Komissiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak etmək;
• Xarici auditlə bağlı hesabatları təhlil etmək və müvafiq sənədləşməni aparmaq;
• Maliyyə, iqtisadi, mühasibat uçotu, hesabatlılıq, audit və digər sahələrə dair araşdırma və təhlil aparmaq və nəticələrə dair məlumat vermək.

İş şərtləri:
• İş qrafiki: I-VI günlər;
• Əmək haqqı: 1000+ Azn

Bilik və bacarığına güvənən namizədlərdən CV-lərini [email protected] ünvanına mövzu bölümünə “Daxili Audit üzrə Mütəxəssis Edumap.az” qeyd etməklə göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button