"Daxili Audit və onun biznesə qatdığı dəyərlər" mövzusunda görüş keçiriləcək

May ayı - qlobal olaraq daxili audit üzrə maarifləndirmə ayıdır. Daxili Audit üzrə Maarifləndirmə Ayının məqsədi yalnız bu peşə ilə bağlı təsəvvür formalaşdırmaq deyil, həm də daxili auditin təşkilati idarəetmə, daxili nəzarət və effektiv risk menecmentində oynadığı mühüm rol barədə məlumatlığını artırmaqdır. Azərbaycan Beynəlxalq Bankı daxili audit peşəsi və onun dəyəri barədə məlumatlılığı artırmaq üçün "Qoşa Saat" layihəsinin növbəti buraxılışını məhz "Daxili Audit və onun biznesə qatdığı dəyərlər" mövzusunda təqdim edəcək. 31 may saat 17:00-da Zoom platforması vasitəsi ilə baş tutacaq görüşümüzün qonağı Azərbaycan Beynəlxalq Bankının Daxili audit departamentinin baş auditoru Elvin Kərimovdur. “Bilikli nəsil, zəngin dövlətin bünövrəsidir” şuarı altında keçirilən zoom görüşümüzdə iştirak üçün bu linkə keçməyiniz kifayətdir: https://lnkd.in/g-VCZfE

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az