Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi vakansiyası

Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

•  Bankdaxili ödəniş tapşırıqlarının icra olunması;
•  Aparılmış ödənişlərin filialların müvafiq xərcinə aid edilməsi;
•  Əsas vəsaitlərin uçotu ilə bağlı müvafiq müxabirləşmələrin verilməsi;
•  Anbar proqramı üzrə mal-material uçotunun aparılması;
•  Hər bir əməliyyat gününün sənədlərinin yoxlanılması və müvafiq qovluqlara tikilməsi;
•  Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi.

Tələblər:

•  Ali iqtisadi təhsil;
•  Bank işi sahəsində ən azı 1 illik təcrübənin olması;
•  Yüksək MS Excel bilikləri;
•  Operativ və məsuliyyətli olması.

Maraqlanan şəxslər mövzu bölməsində “Accounting specialist” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir