#
13 Mart 19:18

“Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək

12-14 may 2018-ci il tarixlərində Bakıda AMEA-nın Coğrafiya İnstitutu və İslam Ölkələrinin Okeanoqrafiya üzrə Beynəlxalq Elm və Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Sözügedən konfrans “İqlim dəyişmələrinin təsiri ilə Holosen dövründən indiyə kimi Xəzər dənizi səviyyə tərəddüdlərinin dinamikası: regionun ekologiyasına və iqtisadi-sosial vəziyyətinə təsiri” mövzusunda beynəlxalq layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində xüsusi önəm daşıyır.

Konfransın mövzuları:

– İqlim dəyişmələrinin səviyyə tərəddüdlərinə, bioresurslara, biomüxtəlifliyə, dənizin invaziv növlərinə təsiri, ekologiya və ərzaq şəbəkəsi: indiki zaman və gələcək;

– Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri;

– Beynəlxalq əməkdaşlıq, sosial-iqtisadı inkişaf, sənaye və enerji, ərzaq, Xəzər dənizi regionunda su-ekosistemləri ilə əlaqə və balıqçılıq;

– Xəzər dənizi suyunun fiziki və kimyəvi xüsusiyyətləri;

– Geologiya, geomorfologiya və paleocoğrafiya.;

– Dəniz geofizikası, seysmologiya, seysmoloji təhlükənin qiymətləndirilməsi;

– Müasir iqlim trendlərinin tədqiqində məsafədən zondlama və CİS-in tətbiqi;

– Xəzər dənizi regionunun arxeologiyası və paleoarxeologiyası;

– Xəzər dənizi regionunun davamlı inkişafı, təhlükə və risklər;

– Çoxsaylı amillərin təsiri altında həssas Xəzər dənizi ekosisteminin dəyişməsi.

Tədbirdə əyani iştirakın təsdiqi və məqalələrin qəbulu üçün son tarix 15 mart 2018-ci ildir (müraciətlərin artmasını nəzərə alaraq vaxt uzadılacaq). Məqalələrin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

Email: [email protected][email protected]

Konfransdan seçilmiş məqalələrin reytinqli jurnallarda çapı nəzərdə tutulur.

Rəylər

rəy(lər)