24 Yanvar 11:30

  “Daxili turizm” mövzusunda yazı müsabiqəsi

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki,  insanın peşəkar  fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyükəhəmiyyət daşıyır. Bu nöqteyi nəzərdən daxili turizmin insanın həyatında oynadığı rolun  daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC    “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində  təcrübəyə malik olangəncləri   yazı müsabiqəsində   iştirak etməyə dəvət edirik.

Müsabiqənin şərtlərinə görə AtaTravel MMC tərəfindən keçirilən  “Daxili turizm” mövzusunda müsabiqədə iştirak etmək  başlığı ilə işıqlanan məqalənin linkini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)