Dayanıqlı Inkişaf Məqsədləri: Prioritetlər/ İİV-QİÇS-lə mübarizə

Əziz gənclər,

Y-PEER Azərbaycan Şəbəkəsi Sizi 1 Dekabr – Dünya İİV/QİÇS günündə ölkəmizdə İİV/QİÇS-lə bağlı maariflənmə prosesinə töhfə vermək, həmçinin Y-PEER gəncləri və digər maraqlı və fəal gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri haqqında agahlığı artırmaq üçün keçiriləcək tədbirə dəvət etməkdən məmnunluq duyur.

Tədbir Y-PEER Qırğızıstanla əməkdaşlıq çərçivəsində Y-PEER Şəbəkələrinin qabiliyyətlərinin artırılması və institusional inkişafı istiqamətində USAID-in dəstəyi ilə həyata keçirilən proqramın tərkib hissəsidir.

Tədbirdə, həmçinin, Beynəlxalq Y-PEER Şəbəkəsinin məzunlar heyətinin üzvü Petar Mladenov da iştirak edəcəkdir. O isə, öz növbəsində beynəlxalq Y-PEER təcrübəsindən və İİV-in yayılmasını aradan qaldırılması üçün hərtərəfli cinsiyyət təhsilindən və onun önəmindən danışacaq.

Tarix: 1 Dekabr 2018
Vaxt: 11:00 – 12:30
Məkan: Baku IdeaLab, (Cəfər Cabbarlı küç. 44, Caspian Plaza-nın III korpusu, 3-cü mərtəbə)

Giriş açıq və pulsuzdur. Əlavə suallarınız varsa [email protected] və ya (+994-77)-534-13-64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bir cavab yazın

Back to top button