14 Sentyabr 12:34

“Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər”in seçimi üçün müraciət

Əziz Gənclər!
Azərbaycan Respublikasının Gənclər Fondu BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər”in seçimi üçün müraciət etməyə dəvət edir.
Gənc Səfirlərin “Şərtlər Toplusu”nda qeyd olunan meyar və göstəricilərə cavab verən, 14-29 yaşlı, Azərbaycan Respublikasının vətəndaşı olan gənclər arasından seçilməsi nəzərdə tutulmuşdur. Namizədlər onlayn müraciət formasını doldurduqdan sonra, iki mərhələdən ibarət detallı və şəffaf seçim prosesində iştirak edəcəklər.

Gənc Səfir namizədləri üçün Şərtlər toplusunu və fəaliyyət barədə daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: http://unazerbaijan.org/jobs/sdg-youth-ambassador/
Müraciət üçün: https://goo.gl/forms/ZzdN0Fej9P6d8UEn1
Müraciət üçün son tarix: 17 sentyabr 2018-ci il, saat 23:59-dur.
Hər bir gəncimizə uğurlar arzu edirik!

Bəyən və paylaş

Rəylər

rəy(lər)