10 Aprel 11:18

De/Konstruksiya: “Seçim” / film nümayişi / müzakirə

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM Layihə Məkanında keçiriləcək “De/Konstruksiya” müzakirələri çərçivəsində Rüstəm Sadıqlının iştirakı ilə “Seçim” adlı müzakirəyə və eyni adlı filmin nümayişinə dəvət edir.

Mühazirəçi: Rüstəm Sadıqlı
12 aprel, 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala 30, 001 A)
Giriş sərbəstdir

“Seçim” (2019) filmi gənc rejissor Rüstəm Sadıqlının qısametrajlı ekran əsəridir. Film alleqorik şəkildə incəsənət əsəri vasitəsilə müxtəlif hadisələrdən bəhs edir.

Rüstəm Sadıqlı (d.1998, Bakı, Azərbaycan) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kino və televiziya rejissorluğu” fakültəsində təhsil alır. Onun “Nəğmə” adlı filmi “Azərbaycan ailəsi” Film Festivalında (Bakı, Azərbaycan), Qızıl pəri (Bakı, Azərbaycan), Lisbon Film Rendeuz (Lissabon, Portuqaliya), PPF – Beynəlxalq Pordenon Film Festivalı (Pordenon, İtaliya), The Lift-Off Sessions, First-Time Filmmakers Sessions (London, Britaniya) iştirak edib. Həmçinin o, “İstehsalat” filminin rejissorudur və “Külək” filmin ssenari müəllifidir. Eyni zamanda caz vokal ilə maraqlanan Rüstəm, klassik Azərbaycan mahnılarının caz üslubunda ifası ilə məşğuldur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)