13 Sentyabr 19:01

Debat Klubu / “Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm…”

YARAT Müasir İncəsənət Məkanı “Debat klubu” layihəsinin ilk tədbirini təqdim edir. Layihənin əsəs məqsədi yaşından, peşəsindən və təhsilindən asılı olmayaraq müxtəlif insanları birləşdirən incəsənət haqqında fikirlər platforması yaratmaqdır. Bu görüşlər həmçinin hər hansı xarici dilin danışıq bacarıqlarının inkişafına yönəlib. Hər tədbir müxtəlif tədris mərkəzləri ilə birgə keçiriləcək.

Bu silsilənin ilk görüşü Dərs Evi Tədris Mərkəzi ilə olacaq. İştirakçılar tədbir zamanı YARAT Mərkəzində nümayiş olunan Şilpa Quptanın “Mən bu lisanə sığmazam” sərgisi ilə tanışlıqdan sonra “Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm…” adlı mövzunu ingilis dilində araşdıracaqlar.

Giriş sərbəstdir

İştirak üçün tələb olunan ingilis dili səviyyəsi: Intermediate

21 sentyabr, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)