DEFSCOPE Azərbaycanda CyberSecurity Bootcamp Elan edir

DEFSCOPE Azərbaycanda CyberSecurity Bootcamp Elan edir   CyberSecurity Bootcamp ilə öyrən və kibertəhlükəsizlik sahəsinə hakim ol! “DEFSCOPE ilə Böyü” proqramının tərkib hissəsi kimi elan olunan CyberSecurity Bootcamp-ına müraciət etməyə tələsin! CyberSecurity Bootcamp müxtəlif yaş qrupunda olan şəxslərə kibertəhlükəsizlik sahəsində təhsil, təcrübə və karyera imkanları qazandıracaq intensiv hazırlıq layihəsidir. Proqram ümumi 60 saat (27 saat nəzəri, 33 saat laboratoriya) olmaqla, 5 moduldan ibarətdir və 5 həftə davam edəcəkdir. Bootcamp-a qatılmaqla iştirakçılar: -Sahə üzrə peşəkarlar tərəfindən nəzəri, praktiki biliklər əldə edəcəklər -Mentorlara öz şəxsi suallarını vermək, sahə üzrə karyera məsləhətləri, tövsiyələr əldə etmək imkanı qazanacaqlar -DEFSCOPE-da iş və ya təcrübə əldə etmək imkanı qazanacaqlar (Bootcamp-da fərqlənən iştirakçılar) -Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatların (Security+, CISSP və s.) əldə edilməsi üçün lazımi bilik və təcrübə əldə edəcəklər Son müraciət tarixi: 22 İyul 2021 (10 iyul saat 19:00-a qədər müraciət edildikdə, iştirak haqqına 10% endirim tətbiq ediləcək) Bootcamp-ın planlaşdırılan başlama tarixi: 2 Avqust 2021. Proqram ödənişlidir. İT və ingilis dili biliyi olanlara üstünlük veriləcək. Qeyd: DEFSCOPE-un korporativ sosial fəaliyyətlərinin tərkib hissəsi olaraq Bootcamp-dan gələn gəlirlərin bir hissəsi “YAŞAT” Fonduna yatırılacaq. Əlavə olaraq, şəhid və qazi ailələrinin üzvlərinə güzəştli iştirak imkanı yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Şirkət hal-hazırda başda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir. Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/. Əlaqə vasitələri: [email protected] +994 12 409 2565

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az