"Dəmir Yumruq" hərbi vətənpərvərlik layihəsi

Qalib ölkənin Qalib Gəncləri, Sizə müjdəmiz var!!! Uzunmüddətli və fərqli təlim və fəaliyyətləri özündə əks etdirən növbəti Hərbi - Vətənpərvərlik Proqramı "Dəmir Yumruq" layihəsinə START veririk!!! “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi,Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi,Gənclərin İnkişaf və Karyera Mərkəzivə Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Geniş miqyaslı layihəmiz Şanlı qələbəmizin ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunub Layihənin məqsədi: Parlaq Vətən müharibəsi zəfərindən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi; Gənclərin hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək dərəcədə saxlanılması; Həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir. “Dəmir yumruq” layihəsi aşağıdakı təlim və fəaliyyətlərdən ibarət olacaqdır: Hərb haqqında ilk təsəvvür; Silahlarla tanışlıq və atış dərsləri; Hərbi Nizamnamə və rütbələr; Ərazidə hərəkət, minadan qorunma; Kəşfiyyat; İlkin tibbi yardım; Mühəndis İstehkam; Əlbəyaxa döyüş, silahdan müdafiə; İdeoloji və psixoloji hazırlıq. Layihə çərçivəsində təlim və dərslər Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri keçiriləcək. Layihənin rəsmi açılış və bağlanış mərasimi ictimaiyyət nümayəndələri və rəsmilərin iştirakı ilə baş tutacaq. Layihədə 36 (18qız. 18 oğlan) gəncin iştirakı nəzərdə tutulur. Hər komanda üzrə 12nəfər olmaqla, ümumi 3komanda formalaşdırılacaqdır. Seçim prosesi: Müraciət formu; Müsahibə mərhələlərindən ibarətdir. Layihədə iştirak üçün yaş həddi: 17-25 Qeyd: Layihənin yekununda kursu bitirmiş hər bir iştirakçıya sertifikat təqdim ediləcəkdir. Layihəyə qeydiyyat linki🔗https://forms.gle/vwbZ8QsXvcjKyHuXA SON qeydiyyat tarixi: 28 oktyabr 2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az