5 Mart 10:19

Demosfen Natiqlik Məktəbi bu dəfə Quba-Qusar ərazisində start götürür

Demosfen Natiqlik Məktəbi bu dəfə Quba-Qusar ərazisində start götürür

 

AYAFE Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Edumap.az təhsil portalının media tərəfdaşlığı ilə həyata keçirilən “Demosfen” Natiqlik Məktəbi bu dəfə Quba-Qusar bölgələrində həyata keçiriləcəkdir.

Günümüzün aktual problemlərindən biri insanlarda ünsiyyət bacarıqlarının istənilən səviyyədə olmamasıdır. “Demosfen” Natiqlik Məktəbi gənclərə natiqlik qabiliyyətini inkişaf etdirmək və təkmilləşdirmək üçün lazım olan nəzəri biliklərdən əlavə həm də öyrəndiklərini praktiki olaraq tətbiq etmək imkanı yaradır.

Qeyd etmək yerinə düşər ki, ilk təəsürat zamanı insanların dediyi sözlərin önəmi sadəcə 7%-dir, əsas diqqət edilməsi lazım olan tərəf isə nitq zamanı sözlərin hansı formada seçilməsi, bədən dilinin imkanlarından hansı formada istifadə edilməsidir. Bu kimi göstəricilər ictimaiyyət qarşısında çıxış etmək üçün çox önəmlidir. Bunları bilmək bütün ixtisaslarda təhsil alan tələbələr üçün də çox vacibdir.

“Demosfen” Natiqlik Məktəbi  Quba-Qusar bölgələrində 1 təlim və 1 təqdimat mərhələsi olmaqla ümumilikdə 2 mərhələdən ibarət olacaq.

Layihənin #birinci mərhələsində iştirakçılar natiqlik və ictimai nitqlər barədə ilkin biliklərə yiyələnəcəklər. Onun çıxışı aşağıdakı mövzulardan bəhs edəcək:

  • Sözün məsuliyyəti və energetikası;
  • İnandırma və təsir üsulları;
  • Natiqin formalaşma mərhələləri;
  • Hazırlıq yoxsa improvizasiya;
  • Əks əlaqə;
  • Psixoloji üstünlüklər və s.

Daha sonra layihənin ikinci mərhələsində iştirakçılar, onlara öncədən verilmiş mövzular üzrə təqdimatlar hazır edəcəklər və təqdim edəcəklər.

Layihədə uğurla iştirak etmiş gənclərə sertifikat və hədiyyələr təqdim olunacaqdır.

Layihədə iştirak etmək istəyən gənclər öz CV-lərini [email protected] ünvanına, 07.03.2019-ci il tarixinədək göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)