“Demosfen Natiqlik Məktəbi” yekunlaşdı

Demosfen Natiqlik Məktəbi” yekunlaşdı

 

9-10 mart 2019-cu il tarixlərində AYAFE Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Edumap.az təhsil portalının media tərəfdaşlığı ilə Quba-Qusar bölgəsində həyata keçirilən “Demosfen” Natiqlik Məktəbi yekunlaşdı.

31 nəfərin iştirak etdiyi layihə təlim və müsabiqə olmaqla 2 hissədən ibarət olmuşdur. Layihənin birinci günündə aşağıdakı mövzulardan bəhs edilib:
• Sözün məsuliyyəti və energetikası;
• İnandırma və təsir üsulları;
• Natiqin formalaşma mərhələləri;
• Hazırlıq yoxsa improvizasiya;
• Əks əlaqə;
• Psixoloji üstünlüklər və s.

Layihənin ikinci mərhələsində iştirakçılar öz natiqlik məharətlərini göstərmişdirlər: hər bir iştirakçı öncədən təyin edilmiş mövzu üzrə təqdimat hazırlamış və çıxış etmişdir. Daha sonra layihədə uğurla iştirak etmiş gənclərə sertifikat və hədiyyələr təqdim olunmuşdur.

“Demosfen” Natiqlik Məktəbi çərçivəsində keçirilən nəzəri və praktiki təlimlər nəticəsində gənclər natiqlik qabiliyyətini təkmilləşdirmək üçün lazım olan nəzəri bilikləri və praktiki bacarıqları əldə etmişdirlər.

Qeyd edək ki, “Demosfen” Natiqlik Məktəbinin sessiyalarının gələcəkdə də davamlı olaraq respublikamızın paytaxtında və regionlarında həyata keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Back to top button