#
14 İyun 20:27

Dərs Evi tədris mərkəzində bütün fənnlər üzrə müəllim vakansiya elan olunur

Müəllim olmaq arzusundasan? Gəl bizə qoşul!

Dərs Evi tədris mərkəzində bütün fənnlər üzrə müəllim vakansiya elan olunur.

Niyə Dərs Evi?

Bura fərqli və innovativ tədris mərkəzidir. Bugünədək mövcud olan imtahana hazırlıq metodikasından köklü şəkildə fərqlənir. Çoxillik beynəlxalq təcrübəyə əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərən Dərs Evində interaktiv tədris metodları, xüsusi hazırlanmış materiallar və sınaq imtahanları ilə zəngin effektiv dərs proqramı sayəsində yalnız fənlər öyrədilmir, həm də imtahana hazırlaşdırılır.

Daha ətraflı məlumatı dersevi.az saytında əldə edə bilərsiniz.

“Dərs Evi müəllimi” kimdir?

O təkcə təlimçi deyil, həmçinin lider, motivator və doğru yol göstərəndir. Dərs Evi müəllimi yenilikçidir – daim yeni məlumatlar axtarışındadır, peşəkar təlimlər vasitəsilə bilik və təcrübəsini zənginləşdirir, ən əsası isə peşəsini sevir.

“Dərs Evi müəllimi” adını kim qazana bilər?

– Ali məktəb tələbələri və ya yeni məzun olanlar;
– Qəbul imtahanında tədris edəcəyi fənn üzrə minimum 20 suala doğru cavab verənlər;
– Tədrisi həyata keçirəcəyi dili (Azərbaycan və ya rus) mükəmməl səviyyədə bilənlər;
– İnnovativ olan və yenilikləri öyrənməyə can atanlar;
– Güclü akademik biliklərə malik olanlar;
– Dərs demək marağında və pedaqoji fəaliyyətdə müvəffəqiyyət əldə etmək arzusunda olanlar;
– Məsuliyyətli və zəhmətkeş olanlar.

“Dərs Evi müəllimi” olmağın üstünlükləri:

– Yüksək məvacib;
– Sertifikatlı təlimlər və fərdi inkişaf proqramları;
– Uyğun iş qrafiki;
– Güclü komandanın bir üzvü olmaq.

CV-lərinizi 30 iyun 2018-ci il tarixindən gec olmayaraq, [email protected] elektron ünvanına göndərə bilərsiniz.

CV-lər mütləq iki dildə (Azərbaycan və rus / ingilis) göndərilməlidir.

CV-ni göndərərkən məktubun “Subject” hissəsində vakansiyanın adını yazın.
Uğurlar!

Bəyən və paylaş

Rəylər

rəy(lər)