27 İyul 00:36

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şuranın əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspertqrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektinin təhsil sahəsində dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu, təhsil proqramına (kurikuluma) uyğunluğunu, məzmununu, pedaqoji, metodiki, sosial və ətraf mühit aspektləri baxımdan yanaşmalarını, dizayn və texniki tərtibatını, dil və yazı üslubunu qiymətləndirəcəklər.

Ekspert xidmətləri aşağıdakı fənlər üzrə tələb edilir:
1. Azərbaycan dili (tədris dili)

2. Azərbaycan dili (dövlət dili)
3. Alman dili
4. Ədəbiyyat
5. Riyaziyyat
6. İnformatika
7. Azərbaycan tarixi
8. Ümumi tarix
9. Həyat bilgisi
10. Kimya
11. Fizika
12. Biologiya
13. Coğrafiya
14. Texnologiya
15. Təsviri incəsənət
16. Musiqi
17. Fiziki tərbiyə
18. Gənclərin çağırışaqədərki hazırlığı
19. İngilis dili
20. Fransız dili
21. Русский язык (язык обучения)
22. Русский язык (иностранный язык)
23. Литература
24. Математика
25. Информатика
26. История Азербайджана
27. Всеобщая история
28. Познание мира
29. Химия
30. Физика
31. Биология
32. География
33. Технология
34. Изобразительное искусство
35. Музыка
36. Физическое воспитание
37. Допризывная подготовка

Namizədlərə verilən tələblər:
1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik
olmalıdır.
2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 3 illik pedaqoji və ya elmi
təcrübəyə malik olmalıdır.
3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi
bacarmalıdır.

Üstünlük veriləcək namizədlər: Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ilə iş təcrübəsi olanlar, ingilis dilini bilənlər, buraxılış imtahanlarında tətbiq edilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olan namizədlər.

Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 30.09.2019-cu il tarixədək
[email protected] elektron poçtuna göndərə bilər.

Müraciətə baxılma qaydası: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər
seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir.

Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.

Əlavə məlumatları iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan almaq olar:
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əlaqələndirici şəxs: Vüsalə Firdovsi qızı Əliyeva
Əlaqə telefonu: (+ 994 012) 599-11-55 (əlavə: 5116) E-poçt: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)