Cümə, 22 Avqust, 2025

Dərzi vəzifəsi üzrə vakansiyası


  • Dərc edildi: 6 Noyabr, 2021 - 09:45
Dərzi vəzifəsi üzrə vakansiyası

Baku Marriott Hotel Boulevard Dərzi vəzifəsi üzrə vakansiya elan edir!   Şöbə:Camaşırxana Ünvan:Azərbaycan, Bakı şəh, Xəqani Rüstəmov küç 4 C

İşin təsviri:

  • Bütün yeni işə başlayan işçiləri mövcud uniforma ilə təmin edilməsi və uniforma qeydiyyatının aparılması;
  • Gündəlik olaraq işçi uniformalarının və yataq dəstlərinin təhvil verilməsi və qəbul edilməsi, eləcə də bütün sənədləşmənin müvafiq qaydada aparılmasının və yenilənməsinin təmin edilməsi;
  • Uniforma qeydiyyat bazasının mütəmadi olaraq yoxlanılması, yenilənməsi və nəzarətdə saxlanılmasının təmin edilməsi;
  • Tikişlə bağlı sorğuların yerinə yetirilməsi, o cümlədən qonaq paltarlarının, mehmanxana ağlarının və işçi uniformalının dəyişdirilməsi, ölçülməsi və bərpa edilməsi;
  • Otelin yataq dəstlərinə və işçilərin uniformalarına lazım gəldikcə düzəldişlər edilməsi və onların işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Korlanmış və itmiş yataq dəstləri və uniformalara dair qeydlərin aparılması;
  • Tikiş maşını və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və hər hansı təmir işlərinə dair tələbat yarandıqda, bu barədə şöbə rəhbərlərinə xəbər verilməsi;
  • Tikiş ehtiyatlarının qorunub saxlanılması və lazım gələrsə inventarizasiyada kömək edilməsi;
  • İş ərazisinin təmiz və qaydada olmasının təmin edilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Dərzi ixtisası üzrə peşə təhsili (arzu olunan);
  • Komandada işləmək və ünsiyyət qura bilmə bacarıqlarına sahib olmaq;
  • Dəyişkən iş rejimində işləmək qabiliyyət;
  • Gigiyena qaydalarına və qonaq məmmuniyyətinə hakim olmaq;
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzu olunan), Rus dili (arzu olunan).
Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini 20 noyabr 2021-ci il tarixinə qədər mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected]elektron ünvanına göndərə bilər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 273
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 63
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7163
Sumqayıt Dövlət Univ...