29 Noyabr 11:49

“DevelUp Youth” adlı təlimlər silsiləsi keçiriləcək

Dəyərli Gənclər,

AYAFE, AIESEC  ilə birgə, dekabr-yanvar ayları ərzində həyata keçirəcəyi “DevelUp Youth” adlı təlimlər silsiləsinə qeydiyyat elan edir.

Təlimlər zamanı gənclərimizə xarici ölkələrdən dəvət olunmuş təcrübəli təlimçilər tərəfindən məşğələlər keçiriləcəkdir.

Silsilə təlimlər dekabr ayının 8-i başlayacaq və hər həftə bir dəfə olmaqla 5 mərhələdə həyata keçiriləcəkdir. Hər  bir təlim 2 saat davam edəcək.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək və ingilis dilində keçiriləcəkdir (təlimlər zamanı sinxron tərcümə olacaq):

  1. Public Speaking
  2. Time-management
  3. Successful Career Development
  4. Effective Decision-making
  5. LeaderX: Find your way

Bu təlimlərdə iştirak etməklə öz karyera quruculuğunuz və şəxsi inkişafınız üçün xarici təcrübələri öyrənəcək və onları praktiki olaraq təcrübədən keçirəcəksiniz.

Təlimlər, yeniliyə açıq və uğurlu karyera planları olan bütün gənclərimizin üzünə açıqdır və tamamilə ödənişsizdir.

Qeydiyyatdan keçməyə tələsin, iştirakçı sayı məhduddur. Qeydiyyatdan keçmək üçün  aşağıda (↓↓↓) yerləşdirdiyimiz link`ə daxil olmalısınız.

Qeydiyyat üçün link: https://goo.gl/VZ8Cpf

Qeyd 1: Hər bir mövzu gender problemləri ilə əlaqələndiriləcək.

Qeyd 2: İştirak haqqı qazanmış iştirakçılarla dekabrın 5-nə qədər, qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail vasitəsilə əlaqə saxlanılacaq.

Qeyd 3: Minimum 3 təlimdə iştirak etmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)