„Deviant davranışın psixoloji müşayiəti“ adlı layihə keçiriləcək

Yeniyetməlik və erkən gənclik yaş dövrləri sosial-psixoloji baxımdan ən mürəkkəb dövrlər hesab olunur. Bu yaş dövrlərində sinir-psixi pozğunluqlar sırasında “deviantlıq” və ya davranış pozuntuları birinci yerdə durur.

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində həyata keçirilən „Deviant davranışın psixoloji müşayiəti“ adlı layihənin əsas məqsədi eyni adlı metodik vəsaitin nəşrinin nəzərdə tutulmasıdır. Eyni zamanda layihə çərçivəsində ümumtəhsil məktəblərində fəaliyyət göstərən  psixoloqlar üçün deviant davranışlı uşaqlara psixososial dəstək göstərmək məqsədilə vebinar keçiriləcəkdir.

4 akademik saatı əhatə edəcək vebinarda risk qrupuna daxil olan, o cümlədən deviant davranışlı uşaqların diaqnostikası üçün standartlaşdırılmış psixometrik alətlərdən istifadə, sistematik müsahibələr, prosedurlar və digər strukturlaşdırılmış müayinə metodları, nəzəriyyə və izahedici modellərə əsaslanaraq psixoloji xülasələrin hazırlanması, deviant davranışın profilaktika və korreksiya üsulları barədə məlumatlandırılacaqlar. Vebinarda iştirak ödənişsiz və könüllüdür. İştirak etmək üçün aşağıdakı qeydiyyat linkini doldurmaq kifayətdir:

QEYDİYYAT

https://docs.google.com/forms/d/e/1FAIpQLSds8QFENWz_hU4uWQs2LDukvAYZkA9nq2yps3EaObApq-pD_w/viewform?usp=sf_link

Bir cavab yazın

Back to top button