DevOps nədir?

DevOps nədir?   DevOps, IT departamentinin daxilində olan iki əsas (Developers and Operations), İnkişaf etdiricilərin (Proqram İnkişaf etdiriciləri, Proqram Testçiləri və s.), Əməliyyatçıların (Sistem Memarlığı və İnfrastruktur Komandaları, Təhlükəsizlik və Şəbəkə qrupları və s.) bir yerdə bərabər işləməsidir . DevOps"u əslində bir fəlsəfə, yanaşma və ya baxış nöqtəsi kimi qəbul edə bilərik. Proqram inkişaf etdiricilərinin öyrəşdiyi Scrum, Agile, Kanban və digər metodlara bənzəyir.   Aşağıdakı şəkli izah etsək   Dev komandası
  • Yaranacaq tətbiq üçün planlar qurmaq,
  • Tətbiqin yaradılması (Kodlaşdırma)
  • Tətbiq release və publish (versiya və xidmətə vermək)
  • Tətbiqin təkmilləşdirilməsi (Yeniləmə)
  • Tətbiq Testi prosesləri
  Məsuliyyəti daşıyır.   Ops komandası
  • Tətbiqlərin yerləşəcəyi və istifadə ediləcəyi mühiti dizayn etmək,
  • Tətbiqlərin işləməsi üçün tələb olunan sistem komponentləri ilə əlaqə qura bilməsi üçün lazımi şəbəkə və təhlükəsizlik konfiqurasiyalarının edilməsini təmin etmək,
  • Tətbiqin resurs istifadəsini müəyyənləşdirmək,
  • Tətbiqi lazımi monitorinq vasitələri ilə izləmək,
  • Tətbiqin sistem qaynaqlarının istifadə səviyyəsinə uyğun olaraq resursları artırmaq (Scale Up ve Scale Down)
Məsuliyyəti daşıyır.   Komandaların gördükləri işlər və bir-birləri ilə ünsiyyət intensivliyi sayəsində səmərəliliyi və müvəffəqiyyəti yüksəkdir, çünki istifadəyə verilməsi, lazım olan yeniliklər və düzəlişlər çox qısa müddətdə işlənir. CI & CD (Davamlı İnteqrasiya və Davamlı Paylaşım) məntiqi DevOps konsepsiyası ilə formalaşır. Bir avtomatlaşdırma mühitində istehsal olunan məhsulların inkişafı, DevOps-dakı bütün işçilərin tətbiqin kodlaşdırılması, Yerləşdirməsi (Deploy), Versiyaların hazırlanması (Release) və Təcrübə Edilməsi (Test) proseslərindən xəbərdar olmasını təmin edir. Proqram İnkişaf Etdirmə (Devoloper) sənayesində olan digər həmkarlarının əlavə edə biləcəyi birdən çox perspektivli düşüncə var. DevOps fəlsəfəsi, bütün İT sektoru üçün daha müasir və zamana uyğun , modernləşdirilmiş forması ilə həyatımızda və sektorda öz yerini tutur.Bu fəlsəfə və iş növünə uyğunlaşmaq bizim üçün yenidir. Texnologiyalarla daha tez tanış olmağımızı və uyğunlaşmağımızı təmin edir.Bütün bu proses birlikdə DevOps adlanır.   Bu arada, veb sayt dizaynı, kodlaşdırma və digər ixtisaslar üzrə STEP IT Academy-də keçirilən proqramlardan faydalana bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az