Cümə axşamı, 21 Avqust, 2025

“Dəyər” Şəhid Ailələrindən Olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsinə start verilir!


  • Dərc edildi: 14 Noyabr, 2021 - 10:19
“Dəyər” Şəhid Ailələrindən Olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsinə start verilir!

“Dəyər” Şəhid Ailələrindən Olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsinə start verilir! “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Dəyər” Şəhid Ailələrindən olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsi üçün qeydiyyat başladı.   Layihə Vətən müharibəsi şəhidlərinin ailələrindən olan və işləmək istəyən gənc qadınların işlə təmin olunmasına imkan yaratmaq məqsədilə həyata keçirilir.   Layihəyə müraciət etməklə siz;

  • işləmək istədiyiniz sahə üzrə bilik və bacarıqlarınızı artırmaq;
  • peşəkar təlim və masterklaslarda iştirak etmək;
  • müxtəlif şirkət və qurumlarda təcrübə keçmək;
  • proqramı uğurla tamamladığınız təqdirdə işlə təmin olunmaq;
  • və bu prosesdə mentor dəstəyi almaq imkanı əldə edəcəksiniz.
Bu istiqamətdə müxtəlif özəl şirkət və qurumlarla tərəfdaşlıqlar qurulmaqdadır. Layihəyə tərəfdaş olmaq istəyən şirkət və qurumlar https://forms.gle/ZjH3vJ32uX4Xscfe7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat əldə etmək və layihəyə müraciət etmək istəyən gənc xanımlar aşağıdakı linkə keçid edə bilərlər. https://forms.gle/swedmk52x3GaB98z7 Qeydiyyat üçün son tarix: 30 noyabr, 2021

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...