3 Yanvar 22:29

Dəyirmi masa: “Azərbaycan animasiyasinin gələcəyi”

Yanvarın 5-də, saat 17:00-da, “OD Media & Production”da, “Azərbaycan animasiyasinin gələcəyi” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar və kinoşünaslar öz gələcək layihələrini müzakirə edəcəklər. Azərbaycan animasiyasına həsr edilmiş Anima.az saytı təqdim olunacaq, həmçinin ANİMAFİLM Baku birinci Beynəlxalq Animasiya Festivalı layihəsi təqdim olunacaq.

Dəyirmi masa “OD Media & Production”ın dəstəyi ilə Rəşid Ağamalıyev tərəfindən təşkil olunur.

Zalda yerlərin sayı məhduddur. Tədbirdə iştirak üçün təşkilatçılarla 050 462 91 49 telefon nömrəsi ilə və ya [email protected] ünvanı ilə qeydiyyatdan keçmək vacibdir.

Bütün KİV nümayəndələrini tədbirimizə dəvət edirik. KİV nümayəndələri üçün akreditasiya mütləqdir və [email protected] mail adresindən təsdiqlənir.

Tədbir “OD Media & Production”da keçiriləcək.
Ünvan: Süleyman Tağızadə 56 (Cəlil Məmmədquluzadə ev muzeyinin yanı)
E-mail: [email protected]
Tel.: 050 462 91 49

Bəyən və paylaş

Rəylər

rəy(lər)