28 Avqust 15:38

Diana Hacıyeva: “Şəffaf: Dərin rəng kimi” / performans

Sentyabrın 5-i, saat 19:00-da musiqiçi, bəstəkar və prodüser Diana Hacıyeva “Şəffaf: Dərin rəng kimi” adlı performansını təqdim edəcək.

Bu performans, YARAT Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” fərdi sərgisi çərçivəsində keçirilir.

Dihaj – Bakıda fəaliyyət göstərən eksperimental doom-pop layihəsidir. Rəssam sualtı motivləri dərin harmoniyalar və orta aşağı templə əlaqələndirir. Bu performansa yarı improvizə edilmiş 1 saatlıq musiqili çıxış daxildir. Çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.

Diana Hacıyeva (d.1989, Mariupol, Ukrayna) Bakıda yaşayan musiqiçi, bəstəkar və prodüserdir. Bakı Musiqi Akademiyasını xormeyster üzrə və Londonda Müasir Musiqi Sənəti İnstitutunu müasir musiqi janrının müğənnisi kimi bitirib. O, bir çox yerli və xarici festivallarda, o cümlədən: Avroviziya Mahnı Müsabiqəsində (2017) Azərbaycanı “Skeleton” mahnısı ilə təmsil edib və 14-cü yerə layiq görülüb. O, “Dihaj” qrupunun əsas vokalistidir.

“İnanıram ki musiqi əsl sənət formasıdır. Bir sənətçi kimi, mənim istəyim musiqini insanlığın müxtəlif təzahürünü tədqiq etmək və bir araya gətirmək üçün bir vasitə kimi istifadə etməkdir. Bəşəriyyətin dəhşətli təzahürü ilə yanaşı, insan həqiqətən bir sənət əsəridir və özü bunu dərk edib dəyərləndirməlidir”.

Yarat! Contemporary Art Space

Sabail district, E119 Highway, AZ1003, Az1003 Bakü
Bəyən və paylaş

Rəylər

rəy(lər)