8 May 13:16

Digital Communication Trends by Sayalı Bahar

Sayalı Bahar – yazıçı (“Aztagrambook” satirik kitab seriyasının müəllifi), “BAHAR magazine” beynəlxalq jurnalının təmsilçisidir.

Sayalı Bahar 2013-cu ildən cəmiyyət və mədəniyyət, cinsi bərabərliyi barədə yazan blogger kimi fəaliyyətə başlayıb.

Sayalı xanımın birinci kitab seriyası “Aztagrambook” Bakının qızıl gəncliyinin ve Instagram kadr arxası qalan müasir həyatından danışan satirik kitab seriyasıdir.

“Bahar Magazine” rəqəmsal dövrdə mədəniyyət ve həyat tərzi barədə onlayn jurnaldir.

Sayalı Bahar 2015-ci ildə Moskva Dövlət Universitetinin italyan dili və ədəbiyyatı üzrə bakalavr pilləsini bitirmişdir və həmin il birinci kitabı olan “Aztagrambook: Instalove InstaBaku” kitabını nəşr etmişdir.

2015-2017 illərdə Bookmate beynəlxalq elektron kitab oxuma layihəsinin Azərbaycan üzrə kontent marketinq və kommunikasiya meneceri olub.

2016-ci ildə Azərbaycan Buktreyler Festivalında Sayalı xanım “#Aztagrambook” treyleri üçün 2-ci yerə layiq görülüb.
Həmin il Sayalı Bahar Mccan Ericsson Azerbaijan “Truth About Youth” rəqəmsal trendlərinə həsr olunmuş tədbirinin spikeri olub.

“Rəqəmsal dövrdə düzgün təəsürat və effektiv ünsiyyət trendləri” görüş 21-ci əsrin ən güclü sosial aləti olan sosial şəbəkələrdəki trendlərdən həsr olunacaq. İnsana zəng vurmaq artıq narahatlıq kimi sayılırmı?
Facebook, Instagram və s. tətbiqlərdən biznes və şəxsi ünsiyyət üçün necə maksimum fayda çıxarmalı? Sosial şəbəkələrdə müştəri ya pərəstişkar bazası, faydalı və güclü netvork (kontaktlar) necə yaratmalı? Sosial şəbəkələrdə müəyyən professional imic yaratmaq üçün hansı paylaşmalar etməli? İnsana Messenger-də necə düzgün müraciət etmək faydalıdır?
Gündəmə hadisə və real misallar əsasinda trendləri və strategiyaları müzakirə olunacaq.
Bunların hamısı və daha çoxu The Office Talks tədbirində sizi gözləyir.

İştirak ödənişsizdir.

İştirak üçün zəhmət olmasa qeydiyyatdan keçin : http://bit.ly/2LmEnLl

Bəyən və paylaş

Rəylər

rəy(lər)