18 Oktyabr 00:29

Digital: Kim kimdir?

IAB Avropa ve IHS’in hesabatına əsasən qlobal reklam investisiyaları 2014-cü ildə 29 milyard $ olarkən, 2015-ci ildə 49 milyard dollara çatdı. 68%-lik artım… “Mobil search” reklam qoyuluşunda  isə  58%-lik bir artış oldu. Ümumi olaraq mobilə yönəlmə sürətlə artır. Bizdə isə hələ də istənilən səviyyədə deyil. 1-2 gün əvvəl “Instant Articles-more monetization options” başlıqlı bir Facebook yeniliyin oxdum. Instant Articles reklam ölçü formatındakı dəyişikliklər, video və karusel reklam formatlarını dəstəklənməsi barədə idi.instan-articles-reklam

Yazılarımın birində də 12 aprel elan olunan Instant Articles barədə qeydlərimi etmişdim. Facebook’ da mobildən hesabınızda gəzərkən şimşək işarəli kontentlər görürsünüz. Klik etdiyiniz zaman sayt Facebook daxilində açılır. Beləliklə Facebook’dan çıxmadan 10 qat daha sürətlə köntentiniz açılır.  Facebook burda reklam yayımlamanıza da imkan verəcək. Bir növ Adsense funksiyası. Bu xüsusiyyəti WordPress, Drupal, Atavist kimi sistemlərə asanlıqla adaptasiya etmək mümkündür. Facebook Instant Articles ilə kontentlərin 20% daha çox oxunduğunu, standart bir veb səhifəsinə görə 10 qat daha sürətli açıldığını, kontentlərin 70% daha az bağlanıldığını və bu kontentlərin 30% daha çox paylaşıldığını nəzərə alanda istədim ki, bu barədə yazım. Xırda bir araşdırmadan sonra məlum oldu ki,  Instant Articles’də reklam bir yana, heç bundan istifadə edən yoxdur ölkədə. Amma xaricdə demək olar ki, hər media öz kontentini yayımlayarkən Instant Articles-dən istifadə edir. Bizdə sadəcə “Azadlıq radiosu” və “Voice of America” istifadə edir.

sosial-media-usfiq

Və ya son yenilik ilə gələn Facebook “shop” bölməsi ilə artıq Facebook’dan çıxmadan müştərilərinizə məhsul sata biləcəksiniz. Qısaca bu funskiyanın e-ticarət saytları üçün ən böyük xüsusiyyəti Facebook-dan çıxmadan  satış edə bilməkdir. Amma bu xidmət dah çox ABŞ mərkəzlidir. Ödənişlər Stripe vasitəsi ilə aparılacaq.

11.png

Türkiyədə  ilk Kiğili brendi bu üsuldan istifadə edərək məhsuluu təklif etdi) Amma agentliklərdən biri bunu səhvən mənə xidmət kimi təklif etdi. Araşdırmadan!

Hansı ki, SMM-in ən vacib iş xüsusiyyətləridən biri trendləri araşdıraraq,  onu brendə tətbiq etmək və bununla da müştərilərinə yeni təcrübə yaşatmaqdır.

Problem Sosial media mütəxəsssilərinin öz yerlərində olmamasıdır.  Hər kəs hər şeydə peşəkar ola bilməz. Artıq İbn Sinanın zamanı deyil ki, həm təbib, həm filosof olasan.

Sosial media haqqında bilinən şəhər əfsanəsi-Dizayner=SMM.

Dizayner SMM deyildir. Sadəcə dizaynerdir. O trendləri təqib etməz, adutoriyanın hansı kontentə ehtiyacı olduğunu bilməz.

Kopirayter SMM də deyildir. Kontentin mətninin hazırlanmasında faydalana bilərsiniz. Sadəcə böyük agentliklərdə kotentin hazırlanması bir neçə mərhələdən keçir.  Kopirayter mətnə, dizayner isə vizual hissəyə müdaxilə edir. Amma hamısı SMM-nin nəzarətində olmalıdır. Çünki hamısı ümumi bir puzzle’da birləşir. Heç bir art direktor razı olmaz ki, layihənin bir hisəsini bir dizayner, digər hissəsini isə başqası hazırlasın. İş bir əldən çıxmalıdır ki, istənilən effekt itməsin. “Brainstrom” reklam agentlikləri üçün doğma sözdü. Əslində bu yaradıcılığı öldürür. Hətta burda belə, fikir sadəcə bir beyinin məshulu olur. Digərləri isə o fikri “əhliləşdirir”.

Xaricdə digital ilə bağlı iş elanlarına baxarkən olduqca geniş peşə mövqelənməsi görürəm.  Dar ixtisaslaşma. Təsəvvür edin ki, SEMrush üzrə ekspert axtarılır (günlük 1 saat). Əmək haqqıda  isə 500 $. SEO yox, SEMrush! Sadəcə bir sayt üzrə peşəkar. Bizdə isə “job description”a baxanda bütün “nemət”ləri görmək olur. CEO həm də SEOmütəxəssisi olur.))

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)